"Bu il 70 illik yubileyini doğma rayonunda qarşılamaq həvəsi ilə yaşayırdı, təəssüf ki..."

Əziz soydaşlarım, bu gün aldığım kədərli xəbər məni hədsiz dərəcədə sarsıtmışdır. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan diaspor hərəkatına, eləcə də Kəlbəcər rayonu ictimaiyyətinə ağır itki üz vermişdir. Hamımızın yaxşı tanıdığı, böyük rəğbət bəslədiyi, iqtisad elmləri doktoru, professor Sərdar Süleyman oğlu Abdullayev 70 illik yubileyinə cəmi bir neçə gün qalmış dünyasını dəyişmişdir.
 
Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra təyinatla Kalinin vilayətinə göndərilmişdir. Sərdar Abdullayev özünü bacarıqlı mütəxəssis kimi təsdiq etmiş, mühəndis-mexanik vəzifəsindən tresti müdiri, sonra isə “Kalininqrajdanstroy” Vilayət İstehsalat Birliyinin rəisi vəzifəsinə qədər yol keçmişdir. 1993-cü ildən ömrünün sonuna kimi isə “Tverqrajdanstroy” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik etmişdir.
 
Sərdar Abdullayev eyni zamanda elmi fəaliyyətlə də məşğul olmuş, “İqtisadi informasiya əsasında istehsalatın idarə edilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim Tver Dövlət Texniki Universitetinin professoru idi.
 
O, ictimai fəallığı ilə də fərqlənmiş, Tver Vilayət Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
 
Sərdar Abdullayevin Azərbaycan diaspor hərəkatının inkişafında da mühüm xitmətləri olmuşdur. O, Tver Vilayətindəki Azərbaycan diasporunun rəhbəri kimi Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşəkar fəaliyyəti ilə də seçilirdi.
 
Sərdar Abdullayevin çoxşahəli fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb. Ona “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı”, “Rusiyanın Fəxri İnşaatçısı” fəxri adları verilib, “Dostluq” ordeni ilə təltif edilib. 2006-cı ildə Sərdar Abdullayev möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülüb.
 
Sərdar Abdullayev bütün fəaliyyəti dövründə daim işgüzarlığı, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti ilə, eyni zamanda Vətənə bağlılığı ilə seçilmiş, harada yaşamağından asılı olmayaq qəlbi daim Azərbaycanla döyünmüşdür. Vətən Mübaribəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız parlaq qələbəmiz, Qarabağımızın, doğulduğu Kəlbəcər rayonunun işğaldan azad edilməsi onda böyük ruh yüksəkliyi yaratmışdı. Bu il 70 illik yubileyini doğma rayonunda qarşılamaq həvəsi ilə yaşayırdı. Təəssüf ki, belə bir məqamda amansız əcəl Sərdar Süleyman oğlu Abdullayevi aramızdan apardı.
 
Tanınmış ictimai xadim, səmimi insan, gözəl dost, xeyirxah əməlləri ilə hər zaman fərqlənən Sərdar Süleyman oğlu Abdullayevin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
 
Allah rəhmət eləsin!
 
Cavid Qurbanov
“Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti