Yağış, qar, şaxta... - FAKTİKİ HAVA Ölkə üzrə faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dekabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda 28 (aylıq normanın 95 faizi), Sumqayıtda 13 (aylıq normanın 52 faizi), Maştağada 20 (aylıq normanın 59 faizi), Binədə 11 (aylıq normanın 57 faizi), Çilov adasında 3, Mərkəzi-Aran rayonlarında: Neftçalada 25 (aylıq normanın 86 faizi), Hacıqabulda 24 (aylıq normanın 107 faizi), Kürdəmirdə 20 (aylıq normanın 75 faizi), Sabirabadda 20 (aylıq normanın 85 faizi), Cəfərxanda 19 (aylıq normanın 73 faizi), Salyanda 17 (aylıq normanın 60 faizi), İmişlidə 11 (aylıq normanın 47 faizi), Göyçayda 11 (aylıq normanın 35 faizi), Zərdabda 10 (aylıq normanın 51 faizi), Beyləqanda 6, Mingəçevir, Bərdədə 3, Tərtərdə 2, Balakən-Şəki zonasında: Altıağacda 20 (aylıq normanın 60 faizi), Mərəzədə 19 (aylıq normanın 63 faizi), Oğuzda 19 (aylıq normanın 41 faizi), Sarıbaş (Qax) 18, Kişçayda (Şəki) 14, Xaltanda 10 (aylıq normanın 46 faizi), Balakən, Nabranda 10, Xınalıq, Qrızda 5, Şabran, Şahdağda 3, Qazax-Gəncə zonasında: Ağdamda 7, Şəmkirdə 5, Gəncədə 4, Tovuz, Ağstafada 3, Ceyrançöldə 1, Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 12, Şərurda 9, Ordubad, Şahbuzda 8, Naxçıvanda 5, Kiçik Qafqazda: Daşkəsən, Gədəbəydə 4, Göygöldə 3, Lənkəran-Astarada zonasında: Lerikdə 3, Yardımlı, Lənkəran, Astarada 2 mm olub.

Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 27, Sarıbaşda (Qax) 25, Ağdərədə (Ordubad) 23, Altıağacda 21, Qrızda 17, Şahbuz, Xaltanda 14, Xınalıqda 11, Daşkəsəndə 10, Şəki, Oğuzda 5, Sədərəkdə 4, Şərur, Qəbələ, Gədəbəy, Mərəzədə 3, Şamaxı, Göygöl, Qusarda 2, Ordubadda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 18, Bakıda və Abşeron yarımadasında: Bakıda 25, Pirallahı, Maştağada 20, Sumqayıtda 19, Binədə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu dekabrın 23-də iqlim normasından 1 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 6-10, aran rayonlarında 6-9 dərəcə isti, dağlıq rayonlarda 1-4 dərəcə şaxta, Naxçıvan MR-da 1-4 dərəcə isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, aran rayonlarında 2-4 dərəcə isti, dağlıq rayonlarda 5-9, Naxçıvan MR-da 1-4 dərəcə şaxta olub.

Hərbçilərin və döyüşlərdə iştirak edənlərin sosial müdafiəsi gücləndirilməsi  diqqət mərkəzində olacaq.
Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentdə 2021-ci ilə büdcə müzakirələri zamanı deyib.
 Milli Məclis Sədri bildirib ki, növbəti ildə ölkənin müdafiə qabliyyətinin artırılması, hərbçilərin və döyüşlərdə iştirak edənlərin, şəhid və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılacaq.

“Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq”.

Xarici İşlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə ad günü ilə bağlı təbrik ünvanlayıb.

O, bu barədə “Twitter” hesabında yazıb.

“Bu gün Azərbaycan Respublikasının Prezidenti, ərazi bütövlüyümüzü təmin edərək Azərbaycan xalqına ifadə olunmaz hissləri yaşadan, qürur mənbəyimiz, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin ad günüdür! Ad Gününüz Mübarək, cənab Prezident!”, - deyə o qeyd edib.

 

“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 14 dekabr tarixindən ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib”.

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib. 

O bildirib ki, bir sıra hallarda sürücülər nəqliyyat vasitələrini pərakəndə şəkildə, binaların həyətlərinin girişlərində, avtomobil yollarının hərəkət hissəsində saxlayırlar:

“Həmçinin yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradırlar.

Bu hal yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. Son zamanlar baş verən yanğınların təhlili bu istiqamətdə zəruri tədbirlərin görülməsini tələb edir. Bunları nəzərə alaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadəni təmin etmək məqsədilə vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park etmələri xahiş olunur”.

Azərbaycanda dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, axşama doğru şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi gözlənilir.

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq. Dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 24-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

"Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb".

Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır", - nazirlikdən bildirilib.

Növbəti ildə orta aylıq əmək pensiyası  338 manat,   yaşa görə pensiya isə 370 manat olacaq.

“Ölkə.Az” xəbər verir ki, bunu Əmək və əhalinin sosial  müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin iclasında  deyib.
Nazirin sözlərinə görə, 2021-ci ildə  Sosial müdafiə fonundun büdcəsi 5,46 mlrd manat  təşkil ediləcək.

“Bu da ötən illə müqayisədə 361 milyon manat və ya 8 faiz çoxdur. Növbəti ildə büdcənin 97 faiz xərci əhaliyə ödənişlərə  sərf olunacaq”- nazir qeyd edib.

O, əlavə edib ki,  2020-ci ildə pandemiyadan zərərçəkənlərin sosial müdafiəsinin gücləndirmək məqsədi ilə 600 min insana 362 milyon manat vəsait ödənlib, 2021-ci ildə isə 600 min insana birdəfəlik yardımın həcmi 462 milyon manat vəsait ödəniləcək. 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib: "Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb".

“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq, evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir”.

Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

“Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib.

Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”, - nazirlikdən vurğulanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin müəyyən olunmuş limit üzrə borcları tam ödənilir.

Qurumdan bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.

Bununla əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”  23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanına əsasən, kompakt şəraitdə müvəqqəti məskunlaşıb, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 7189 məcburi köçkün ailəsinin müəyyən olunmuş limit üzrə istehlak etdiyi təbii qazın dəyəri Komitə tərəfindən hər ay vaxtında və tam şəkildə “Azəriqaz” İB-nə ödənilir. 

Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb. 

Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. 

Məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi ilə bağlı qeyd etmək istərdik ki, mövcud qanunvericilik əsasında, məcburi köçkünlərin istilik və isti su təchizatına görə hesablanan vəsait 2017-ci ilin sonuna qədər olan dövr üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada tam ödənilib.

Hazırda 2018-ci ildən yaranmış borcların həmin qaydada ödənilməsi imkanları müzakirə edilir. 

Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”  Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə  yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. 

Xəbər lenti