Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dekabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Şimal-qərb küləyi arabir Naftalanda 18, Bakıda və Abşeron yarımadasında: Bakıda 25, Pirallahı, Maştağada 20, Sumqayıtda 19, Binədə 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu dekabrın 23-də iqlim normasından 1 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 6-10, aran rayonlarında 6-9 dərəcə isti, dağlıq rayonlarda 1-4 dərəcə şaxta, Naxçıvan MR-da 1-4 dərəcə isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, aran rayonlarında 2-4 dərəcə isti, dağlıq rayonlarda 5-9, Naxçıvan MR-da 1-4 dərəcə şaxta olub.