Azərbaycanlı hakerlər Ermənistan hərbçisinə, Ermənistan Silahlı Qüvvələrinin kapitanına məxsus sənədi əldə edib.

Bu barədə “Azerbaijan Cyber Army” “Telegram” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Ruben Sənəmyan iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olduğu təxribatın təşkilatçısıdır. (oxu.az)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən artıq ölkə vətəndaşları səfərbərliyə cəlb olunub.

Maraqlıdır, hərbi səfərbərliyə cəlb olunmuş vətəndaşların - müəssisə əməkdaşlarının, eləcə də fiziki şəxslərin əməkhaqları necə tənzimlənəcək?

“Qafqazinfo”ya bu barədə danışan İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov bildirib ki, səfərbərliyə cəlb olunan hər bir kəsin əməkhaqqı mütləq ödənilməlidir:

“Hərbi toplantı olduğu müddətdə müəssisənin ləğv olunması istisna olmaqla digər hallarda onların əmək müqaviləsinə xitam vermək qadağandır. Müəssisə ləğv olunarsa, iki aylıq çağırış müddəti uzanarsa (adətən 2-3 ay nəzərdə tutulur), həmin müəssisənin varisi o şəxsin üç ay üçün əməkhaqqını ödəməlidir”.

Hüquq müdafiəçisi qeyd edib ki, hərbi toplantıya gedən şəxs xəstələnərsə, döyüşdə yaralanarsa, təyin olunmuş müddətdən daha çox qalarsa, bu halda da onun əməkhaqqı ödənilməlidir:

“Bu, dövlət və ya özəl formadan asılı olmayaraq, hamı üçün keçərlidir”.

Sahib Məmmədov əlavə edib ki, bəzən bu kimi məsələlərdə problem yaranır:

“Qeyri Hökumət Təşkilatlarının layihə çərçivəsində hər hansı bir əməkdaşı səfərbərliyə cəlb olunursa, o halda QHT-nin ona əməkhaqqı ödəmə imkanı yoxdur. Çünki QHT-nin, qeyri-kommersiya təşkilatının əmək haqqı fondu formalaşmayıb. O, layihə çərçivəsində bir və ya müəyyən müddət üçün əməkhaqqı ödəyə bilər”.

S.Məmmədov həmçinin, hərbi səfərbərliyə cəlb olunan fiziki şəxslərin əməkhaqqı məsələsinin tənzimlənməsinə də aydınlıq gətirib:

“Fiziki şəxslər mağaza, aptek açıb və bir neçə işçi çalışdırır. Bu yerlərdə çalışan əməkdaş səfərbərliyə cəlb olunduqda, mağaza sahibinin ona maaş ödəməyə imkanı olmayacaq. Bu kimi nüanslar var. Yaxşı olardı qanunvericilikdə nəzərdə tutulsun ki, belə  hallarda müəssisənin, fiziki şəxsin ödəniş qabiliyyəti olmadığı təqdirdə icra hakimiyyəti məsələyə baxsın. Burada bir boşluq var. Qalan məsələlər qanunvericiliklə tənzimlənir”.

Millət vəkili Vüqar Bayramovun fikrincə, dövlət və özəl qurumlarda əməkhaqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə maaşların ödənilməsində problem olmayacaq:

“Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında dəstək olmağımız çox vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əməkhaqqı saxlanılır:

“Orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağrış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.

Oktyabrın 1-dən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı (//t.me/Azerbaijan_MOD) fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə keçid vasitəsilə abunə ola bilərlər.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Dövlət Təhlükəsizlik Xidməti xəbər verir ki, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıb.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur. 


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Prezident görüşün sonunda hərbçilərlə söhbət edib və harada yaralandıqları ilə maraqlanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva yaralı hərbçilərlə görüş zamanı kövrəlib.




Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz  9-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Şəhid general Polad Həşimovun anası cəbhə bölgəsinə gedən, döyüşlərdə iştirak edən vətənin qəhrəman övladlarına çağırış edib.

Unikal.org-a açıqlama verən Səmayə Həşimova cəbhədə döyüşən əsgərlərimizi qələbəyə səsləyib:

“Mən əsgərlərimə deyirəm ki, qolları qüvvətli olsun. Allahın əli onların kürəyində olsun. Can sağlığı ilə, döyüşüb torpaqlarımızı işğaldan azad eləsinlər. Şuşada Azərbaycan bayrağını sancmaq Polad Həşimovun ən böyük arzusu idi.

Əsgərlərimiz bayrağımızı Qarabağımızda, Şuşada sancarkən “Polad Həşimovun ruhu şad olsun” desinlər. Mən Polad Həşimovun anası kimi deyirəm ki, Allah bütün əsgərlərimizə qüvvət və can sağlığı versin.

Dözümlü olsunlar, yaxşı döyüşüb, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad eləsinlər”.

Sentyabrın 27 - də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə qarşı törədilən təxribatla bağlı ordumuzun düşmənə əks-həmlə zərbələri endirərək, qısa müddətdə 7 kəndimizi və işğal olunmuş ərazilərimizdə strateji mövqeləri tutması bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılandı.

Azərbaycan seysmoloqları ordumuzun tezliklə Qarabağı və işğal altında olan bütün torpaqlarımızı azad edəcəyinə inanır, hər zaman bir əsgər kimi Ali Baş Komandanımızın əmrində və ordumuzun yanında olduqlarını bəyan edirlər.

Bu məqsədlə bu gün Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürülmüşdür.

Qələbə bizimlədir!
Qarabağ Azərbaycanındır!

Müdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərə müraciət etdi

Müdafiə Nazirliyi müraciət yayıb.

Müraciətdə deyilir:

“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.

Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.

Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!”

“Soliton LTD”dən Azərbaycan Ordusuna dəstək!

Azərbaycanın ən böyük şəbəkə mağazalarından biri olan Soliton Mağazalar Şəbəkəsi dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Azərbaycan Ordusu hərbi potensiala, maddi-texniki təchizata və güclü döyüş qabiliyyətinə malikdir. Bu gücə güc qataraq dəstək məqsədli yaradılan qan vermə aksiyasında da öz dəstəyini əsirgəmir. Şirkət qan reservlərinin təmin olunması məqsədi ilə əməkdaşlarını könüllü olaraq bu aksiyaya cəlb edir.

Eyni zamanda Soliton əməkdaşları da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub. Soliton əməkdaşlarına və bütün hərbçilərimizə uğurlar arzulayırıq!
İndi biz daha güclüyük və inanırıq ki, zəfər bizim olacaq!  

Xəbər lenti