Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən artıq ölkə vətəndaşları səfərbərliyə cəlb olunub.

Maraqlıdır, hərbi səfərbərliyə cəlb olunmuş vətəndaşların - müəssisə əməkdaşlarının, eləcə də fiziki şəxslərin əməkhaqları necə tənzimlənəcək?

“Qafqazinfo”ya bu barədə danışan İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov bildirib ki, səfərbərliyə cəlb olunan hər bir kəsin əməkhaqqı mütləq ödənilməlidir:

“Hərbi toplantı olduğu müddətdə müəssisənin ləğv olunması istisna olmaqla digər hallarda onların əmək müqaviləsinə xitam vermək qadağandır. Müəssisə ləğv olunarsa, iki aylıq çağırış müddəti uzanarsa (adətən 2-3 ay nəzərdə tutulur), həmin müəssisənin varisi o şəxsin üç ay üçün əməkhaqqını ödəməlidir”.

Hüquq müdafiəçisi qeyd edib ki, hərbi toplantıya gedən şəxs xəstələnərsə, döyüşdə yaralanarsa, təyin olunmuş müddətdən daha çox qalarsa, bu halda da onun əməkhaqqı ödənilməlidir:

“Bu, dövlət və ya özəl formadan asılı olmayaraq, hamı üçün keçərlidir”.

Sahib Məmmədov əlavə edib ki, bəzən bu kimi məsələlərdə problem yaranır:

“Qeyri Hökumət Təşkilatlarının layihə çərçivəsində hər hansı bir əməkdaşı səfərbərliyə cəlb olunursa, o halda QHT-nin ona əməkhaqqı ödəmə imkanı yoxdur. Çünki QHT-nin, qeyri-kommersiya təşkilatının əmək haqqı fondu formalaşmayıb. O, layihə çərçivəsində bir və ya müəyyən müddət üçün əməkhaqqı ödəyə bilər”.

S.Məmmədov həmçinin, hərbi səfərbərliyə cəlb olunan fiziki şəxslərin əməkhaqqı məsələsinin tənzimlənməsinə də aydınlıq gətirib:

“Fiziki şəxslər mağaza, aptek açıb və bir neçə işçi çalışdırır. Bu yerlərdə çalışan əməkdaş səfərbərliyə cəlb olunduqda, mağaza sahibinin ona maaş ödəməyə imkanı olmayacaq. Bu kimi nüanslar var. Yaxşı olardı qanunvericilikdə nəzərdə tutulsun ki, belə  hallarda müəssisənin, fiziki şəxsin ödəniş qabiliyyəti olmadığı təqdirdə icra hakimiyyəti məsələyə baxsın. Burada bir boşluq var. Qalan məsələlər qanunvericiliklə tənzimlənir”.

Millət vəkili Vüqar Bayramovun fikrincə, dövlət və özəl qurumlarda əməkhaqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə maaşların ödənilməsində problem olmayacaq:

“Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında dəstək olmağımız çox vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əməkhaqqı saxlanılır:

“Orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağrış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti