![]() |
|
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Sentyabrın 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 25-26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu barədə Modern.az-a Özləmin əmisi Nail Həsənov bildirib.
N.Həsənov qeyd edib ki, Özləm Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.
Həmçinin, N.Həsənovun öz qızı Sibel Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
Azərbaycanda şadlıq sarayları, mərasim zalları və məscidlərin fəaliyyəti yenidən bərpa olunacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.
Belə ki, icra hakimiyyətləri öz rayonları ərazisində yerləşən şadlıq evləri, məscidlər və mərasim zallarına nümayəndələrini göndəriblər. Nümayəndələr adı çəkilən məkanlara baş çəkərkən həmin yerlərin kvadrat metri, nə qədər insan tutumuna malik olması və havalandırma sisteminin mövcud olması ilə yerində tanış olublar.
Bildirilir ki, Operativ Qərargahın növbəti yumşaldılma barədə qərarından sonra hər üç sahə üzrə qadağalar nisbətən aradan götürüləcək. Toyların əvvəlki kimi 500-1000 nəfərin iştirakı ilə deyil, məhdud sayda qonaqların iştirakı ilə keçirilməsinə icazə verilə bilər. Şadlıq saraylarında aparılan yoxlamalar zamanı da məkanlara nə qədər insanın daxil olma potensialı müəyyənləşdirilib.
Karantin şərtləri çərçivəsində masalar arxasında 6 nəfərdən çox insanın əyləşməsi qadağan oluna bilər. Bundan əlavə toya gələn insanların və şadlıq sarayı personalının da maskadan istifadəsi ilə bağlı məcburiyyət ola bilər. Həmçinin zallarda oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Məscidlərlə bağlı siyahının hazırlanması da ibadət ocağına nə qədər insanın buraxılmasının yoluxma riski yaratmaması ilə əlaqədardır. İbadət ocağında cümə və camaat namazlarının qılınması ilə bağlı qadağa qüvvədə qalsa da, fərdi şəkildə insanların ara məsafəsini gözləmək və maskadan istifadə etməklə namazlarını qılmasına icazə veriləcəyi gözlənilir.
Mərasim zalları ilə bağlı da say məhdudiyyətinin tətbiqi gözləniləndir. Cəm şəkildə insanların mərasim evlərinə daxil olmasına icazə verilməyəcək. Lakin ara məsafəsi gözlənilməklə və maskadan istifadə etməklə məhdud sayda insanın baş sağlığı verməsi üçün həmin məkanlara dail olmasına icazə verilməsi gözləniləndir.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə Azərpoçtlarda həyata keçirilir.
Qurumun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur.
Respublika üzrə yaşayış məntəqələrinə uyğun olaraq poçt məntəqələri fəaliyyət göstərir. Hazırda tədris ilinin yeni başlaması səbəbindən qeyd olunan iş dəftərlərinə tələbat çoxdur.
Məlumat üçün bildiririk ki, iş dəftəri dərslik komplektinin ayrılmaz tərkib hissəsidir.
Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün iş dəftərində tətbiqi xarakterli sual və tapşırıqlar verilir.
Qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi, praktik vərdişlərin formalaşdırılması üçün bu vəsait xüsusi əhəmiyyət kəsb edir.
Məsələn, Azərbaycan dilində yazı bacarıqlarının formalaşdırılması, riyaziyyatda misal və məsələlərin həlli üçün iş dəftərinin rolu əvəzedilməzdir. Bu vəsait eyni zamanda gündəlik qiymətləndirməyə, təlim prosesinin monitorinqinə və şagirdin inkişaf dinamikasının izlənilməsinə imkan verir.
Qeyd edək ki, ötən gün mövzu ilə bağlı “Məktəblilərin “iş dəftəri” problemi” adlı yazıda ətraflı məlumat vermişdik
"Ölkə.Az" BAKU.TV-yə istinadən xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı gözlənilir.
Xəbəri eşidən şadlıq sarayları da hazırlıq işlərinə başlayıblar və məclislərin yenidən keçiriləcəyi günü gözləyirlər.
Restoran sahiblərinin sözlərinə görə sözügedən məsələ ilə bağlı İcra Hakimiyyəti orqanları tərəfindən onlarla əlaqə yaradılıb və restoran haqqında müxtəlif məlumatlar qeydə alınıb.
Dünəndən yayılan bu informasiyanın nə dərəcədə düzgün olduğunu öyrənmək üçün İcra Hakimiyyəti orqanları ilə əlaqə yaratmağa çalışdıq.
İcra orqanlarından verilən məlumata görə isə toyların fəaliyyəti ilə bağlı dəqiq qərar yoxdur, sadəcə restoran və digər qapalı müəssisələrdə monitorinq keçirmişik.
Restoran sahiblər toy ilə bağlı icradan onlarla əlaqə saxladığını deyir, icra orqanları isə belə bir məlumatın yanlış olduğunu bildirirlər.
Operativ qərargah isə toyların fəaliyyətinin bərpası ilə bağlı yeni qərarın olmadığını bildirir. Restoranlara zəng edib bu məlumatları icra adından kimlərin götürdüyü də sual altında qalır. Ya zəng edən icra orqanının işçisi deyil, ya da ki, toyların fəaliyyəti bərpa olunacaq xəbəri doğrudur, bizə sürpriz edəcəklər.
"Ölkə.Az" ATV-yə istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti də vətəndaşlara müraciət edib. Onları bu cür informasiyaları yaymamağa çağırır.
Diasporla iş üzrə dövlət komitəsi də xaricdə yaşayan azərbaycanlılara müraciət edib, müraciətdə onlara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatını nəzərə almağı tövsiyə olunub.
Kəşfiyyatın belə qanunu var kimin informasiyası çoxdursa, o həmişə qələbə çalır.
Müharibə davam edir. İstər səngərdə, istərsə də informasiya məkanında. Məhz bu səbəbdən düşməmə sirr vermək olmaz. Millət vəkili Arzu Nağıyev deyir ki, bu gün bəzi şəxslər ordumuzla bağlı məlumatlatı yayaraq və ya cəbhə kəndlərindən şəkillər çəkərək sosial şəbəkələrdə paylaşır, halbuki, bu görüntü ilə biz düşmənə kömək etmiş oluruq.
Arzu Nağıyev - millət vəkili: "Hansısa səngərlərin şəkillərini çəkmək, dislokasiyanın şəklini çəkmək, texnikanın şəklini çəkmək, kimsə bunu qərəzli edə bilər, kimsə qərəzsiz edə bilər, kimsə kiməsə ötürmək məqsədilə edə bilər. Əməliyyatlar vaxtı ermənilər qız profili ilə və ya azərbaycanlı profili ilə sosial şəbəkələrdə cəlb etmə olmasa da bizimkiləri müəyyən sorğu suallara tutmağa çalışır".
Millət vəkili deyir ki, bir çox hallarda belə xəbərləri yayanlar özləri də bilmədən düşmən tərəfə qüvvələrimizin yerdəyişməsi haqda zəruri məlumatlar ötürür, düşmənin adekvat və dəqiq zərbə endirməsinə şərait yaratmış olurlar.
Arzu Nağıyev - millət vəkili: "Dünəndən təlimlər başlayıb. Hansı təlim yerinə gedib çatıbsa, oradan artıq özünün formasını çəkir, texnikanın şəklini çəkib paylaşmaq özü də absurd məsələdir. Bu, artıq düşmənə hansısa məlumatları ötürməkdir".
Dövlət Təhlükəsizliyi Xidməti Düşmənin sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq məqsədilə davamlı fəaliyyət göstərməsi ilə bağlı da vətəndaşlara müraciət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, paytaxt yollarında günün əsasən, pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır. Son aylar bu hal özünü daha qabarıq formada göstərməkdədir. Gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur.
Hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə, tıxac və sıxlıq halları qaçılmaz olur. Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər. Metronun fəaliyyət göstərmədiyi sərt karantin zamanı bu cür halların olması vəziyyəti daha da çətinləşdirirdi”.
Ötən gün H.Əliyev və Z.Bünyadov prospektlərində, R.Behbudov küçəsində nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması ilə bağlı hal müşahidə olunub.
Sentyabrın 20-si axşam saatlarında Bakı-Sumqayıt şosesində müşahidə olunan belə hal şimal istiqamətində şəhərə girişdə ciddi çətinliklər yaradıb.
Eyni vəziyyət bu gün səhər də qeydə alınıb. Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarətdə saxlasınlar”, - deyə məlumatda qeyd edilib.
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, Ankaraya aviareyslərin həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən keçirilməsi nəzərdə tutulub. Antalyaya uçuşlar isə sentyabrın 30-dan hər həftənin çərşənbə günləri yerinə yetiriləcək.
Hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir.
Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Koronavirus pandemiyası dövründə həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır.
Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış ola bilərsiniz.
Türkiyədən uçduğunuz zaman “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan birində testdən keçə bilərsiniz: https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html.
Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.
Pandemiya dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.
AZAL-ın hazırladığı videotəlimatı buradan izləmək olar: https://youtu.be/-s-0s4o1L2M