Son vaxtlar erməni təxribatlarının sayı artıb. Bu günlərdə düşmən sosial şəbəkələrdə də öz çirkin niyyətindən əl çəkmir. Ekspertlər deyir ki, vətəndaşlar yalnız rəsmi məlumatlara istinad etsin və bildikləri məlumatları kənar şəxslərlə yaymasınlar.

"Ölkə.Az" ATV-yə istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti də vətəndaşlara müraciət edib. Onları bu cür informasiyaları yaymamağa çağırır.

Diasporla iş üzrə dövlət komitəsi də xaricdə yaşayan azərbaycanlılara müraciət edib, müraciətdə onlara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatını nəzərə almağı tövsiyə olunub.

Kəşfiyyatın belə qanunu var kimin informasiyası çoxdursa, o həmişə qələbə çalır.

Müharibə davam edir. İstər səngərdə, istərsə də informasiya məkanında. Məhz bu səbəbdən düşməmə sirr vermək olmaz. Millət vəkili Arzu Nağıyev deyir ki, bu gün bəzi şəxslər ordumuzla bağlı məlumatlatı yayaraq və ya cəbhə kəndlərindən şəkillər çəkərək sosial şəbəkələrdə paylaşır, halbuki, bu görüntü ilə biz düşmənə kömək etmiş oluruq.

Arzu Nağıyev - millət vəkili: "Hansısa səngərlərin şəkillərini çəkmək, dislokasiyanın şəklini çəkmək, texnikanın şəklini çəkmək, kimsə bunu qərəzli edə bilər, kimsə qərəzsiz edə bilər, kimsə kiməsə ötürmək məqsədilə edə bilər. Əməliyyatlar vaxtı ermənilər qız profili ilə və ya azərbaycanlı profili ilə sosial şəbəkələrdə cəlb etmə olmasa da bizimkiləri müəyyən sorğu suallara tutmağa çalışır".

Millət vəkili deyir ki, bir çox hallarda belə xəbərləri yayanlar özləri də bilmədən düşmən tərəfə qüvvələrimizin yerdəyişməsi haqda zəruri məlumatlar ötürür, düşmənin adekvat və dəqiq zərbə endirməsinə şərait yaratmış olurlar.

Arzu Nağıyev - millət vəkili: "Dünəndən təlimlər başlayıb. Hansı təlim yerinə gedib çatıbsa, oradan artıq özünün formasını çəkir, texnikanın şəklini çəkib paylaşmaq özü də absurd məsələdir. Bu, artıq düşmənə hansısa məlumatları ötürməkdir".

Dövlət Təhlükəsizliyi Xidməti Düşmənin sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq məqsədilə davamlı fəaliyyət göstərməsi ilə bağlı da vətəndaşlara müraciət edib.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti