![]() |
|
Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədovun fotosu yayılıb.
Bu barədə sosial şəbəkələlərdə məlumat paylaşılıb.
Şəhidimiz Tovuz rayon Qazıqulu kənd sakinidir.
O, ailəli olub və üç oğlu var.
Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi Ermənistan - Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub:
“Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir.
Düşmən qüvvələrinin Ermənistan - Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!”
Sabahdan Azərbaycanda payız fəsli başlayır.
Payız fəsli ölkəyə sentyabrın 22-də saat 17:30:36-da daxil olacaq.
Payzı fəslinin başlaması ilə gecə-gündüz bərabərləşir. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçir.
Qeyd edək ki, qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.
Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3357 nəfər olub.
Onlardan 1857 nəfəri müəyyən olunub. Bu ilin altı ayında cəzaçəkmə müəssisələrindən qaçanlar 15 nəfər təşkil edib. Cəza çəkməkdən boyun qaçıranlar 135 nəfər olub, onların 109 nəfəri müəyyən edilib.
İstintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar 3208 nəfər təkil edib, 1748- i tapılıb.
Axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayında 14-17 yaşda olan uşaqların sayı 21 nəfər olub, 16 nəfər müəyyən edilib.
Bəzi həkimlər özəl tibb müəssisələri ilə əməkdaşlıq edir və pasiyenti analiz üçün ora yönləndirirlər.
Turkustan.info Xəzər TV-yə istinadən xəbər verir ki, Hətta, elə hallar olur ki, xəstənin əlində analiz nəticəsi olmasına baxmayaraq ondan yenidən müayinədən keçməsini tələb edirlər.
Sakinlər bildirirlər ki, onların artıq xərcə düşməsi ilə nəticələnən bu vəziyyət həkimlərin maddi maraq güdməsindən irəli gəlir. Məsələyə aidiyyəti dövlət qurumunun münasibəti isə çox maraqlıdır.
Bəzən həkimlər pasiyentləri analiz vermək və ya müayinədən keçmək üçün özlərinin istədiyi ünvana yönlənidirir.
Sakinlər bildirirlər ki, hətta bəzən olur ki, qısa müddət əvvəl keçdikləri müayinələrin nəticələrini qəbul etməyən həkimlər pasiyentləri yenidən analiz üçün özəl tibb müəssisələrinə yönləndirir. Orada da analizlər və müayinələr həddindən artıq baha başa gəlir. Sakinlər bu cür hərəkətlərdə həkimlərin maddi marağının olduğunu düşünürlər.
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyir ki, bəzən analizlərin cavabları köhnə olduğu və həkim pasiyentin son halını öyrənmək üçün yenidən müayinə tələb edir. Bəzən də nəticələrinin dəqiqliyinə əmin olduğu laboratoriayalara yönləndirməli olur. Lakin həkimin maddi maraq güddüyü hallar da az deyil.
Pərvanə Vəliyevanın sözlərinə görə, İcbari Tibbi Sığortanın bütün ölkə üzrə tətbiqindən sonra bu cür hallara yol verilməyəcək. Çünki, həkimin tələb etdiyi müayinələr sonradan monitorinq ediləcək.
Lakin qeyd etmək lazımdır ki, bütün laboratoriyalar müvafiq dövlət qurumlarının nəzarəti altında və tələb etdiyi standartlara uyğun qurulur. Belə olan halda laboratoriyalar arasında “inamsızlıq” məsələsinin ortaya çıxması da qeyri-normal haldır. Kanal əməkdaşları bu cür hallara necə nəzarət olunması ilə bağlı TƏBİB-in mövqeyini öyrənə bilməyib. Qurumdan konkret fakt üzrə cavab verə biləcəklərini qeyd ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumatda deyilir:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyat keçirilir”. /yeniavaz.com/
Tarixçi Dilavər Əzimli bir neçə gündür sosial şəbəkələrdə müzakirəyə səbəb olan dərsliklərdəki "Arsak" məsələsinə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, o qeyd edib ki, Arsak ətrafında gedən söz-söhbət millətin böyük əksəriyyətinin tarix bilgisinin zəif olduğunu ortaya qoydu:
"Hətta bəzilərinin ümumiyyətlə, tarix bilgisi yoxdur. Bundan da Ermənistan dərin dövləti uğurla istifadə edir. Biz doğrudan da faciəvi millətik. Təkcə ərazilərimiz deyil, təfəkkürümüz də parçalanıbdır. Ən dəhşətlisi də təfəkkürün dəyişdirilməyə məruz qalmasıdır. Bu təfəkkür heç nəyi qəbul etmək istəmir.
Yazırıq ki, Arsak Ərsak deməkdir. Ərsak Albaniyanın bir vilayəti olubdur. Bunlar yenə də yazırlar ki, VII əsrdə xəritəyə Qarabağ yazın. Hətta bunu internet televiziya kanallarından da səsləndirirlər. Doğrudan da gülməlidir. Bunu oxuyanlar bizə nə deyəcəklər? Deyəcəklər ki, bunlar necə də saxtakar millətdirlər. Bu adamlar qədim Albaniya vilayəti olan Arsakı öz əlləri ilə ermənilərə təhvil verirlər. Onda bütün Albaniyanı da ermənilərə verək. Bunu istəyirsiniz? Ermənistan dərin dövləti də bunu istəyir. Onlar da bizi bura gəlmə kimi verirlər. Yazırlar ki, vəhşi, barbar türklər buralara gəlmədir. Sizlər də bu mövqeyinizlə onların maraqlarına xidmət edirsiniz.
Maraqlıdır ki, bəziləri də iddia edirlər ki, Avropa, Rusiya Arsakı erməni vahidi kimi qəbul edir və biz də bu addan əl çəkək. Qəribə məntiqdir, deyilmi? Cəhənnəmə xaric bunu belə qəbul edir. Elə həmin xaric deyildirmi ki, İran adını rəsmi şəkildə bütün orta əsr mənbələrinə salıbdır. Elə həmin xaric deyimidir ki, Ərməniyyə adını indiki ermənilərə hədiyyə edibdir. İndi biz də onların yazdıqları ilə razılaşmalıyıqmı? Bu nə münasibətdir? Onda gəlin İrəvan da yazmayaq və Yerevan yazaq. Yaxud Xankəndi deyil, Stepanakert yazaq da...
Millətləşmə prosesi gedən zaman biz işğala məruz qaldıq. Bu gün onun izləri bizi hər an qarabaqara izləyir. Tariximizə qarşı hücum edənlər bu gün bu mübahisələri izləyib xəcalət çəkmirlərmi? Burada məni bir məsələ ciddi maraqalandırır. Bu da ondan ibarətdir ki, bizim təfəkkürümüz o qədər işğala məruz qalıbdır ki, öz tarixçilərimizin dediklərini deyil, xarici tarixçilərin dediklərini qəbul edir, öz tarixçilərimizi təhqir edir və onlara “hərşeyşünaslar” deyirik. Bununla da erməni maraqlarına xidmət edirik. Adam yazılan toponimin mənasını anlamadan müəlliflərin üzərinə hücuma keçir, onun fikirlərini də saytlar, internet televiziyaları tirajlayırlar. Bizə düşmən lazım deyildir. Bunlardan soruşan lazımdır: VII əsrdə Azərbaycan ərazilərində erməni vilayəti olubmu? Bunu düşünürsünüzmü? Qanmadığınız bir tarixi məsələ haqqında niyə mənasız mübahisə edirsiniz? Qarabağ adı nə zaman yaranıbdır? Qarabağ atının adı orta əsrlərə qədər mənbələrdə nə adlanır? Qarabağ əraziləri Herodot, Strabon tərəfindən nə adlanıbdır? Azərbaycan ərazilərində dövlət quran saklar, massaqetlər hansı xalqa məxsusdurlar? Şəki, Zaqatala, Balasaqan, Beyləqan da erməni sözüdürmü? Adamı lap əsəbiləşdirirsiniz! Erməni dilində Arsak varmı? Erməni adı etnik addırmı? Bunları bilmədən fikir bildirməyin! Oxuyun, soruşun, sonra yazın!!! Əks halda, ermənilərin maraqlarına xidmət edəcəksiniz!"
Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.
“Report” xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır.
Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.
Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyyəsi təmin edilib.
19 sentyabr saat 00:00-dan xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilmiş ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-da daxil olacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək.