Tarixçi “Arsak”la bağlı müzakirələrə nöqtə qoydu

Tarixçi Dilavər Əzimli bir neçə gündür sosial şəbəkələrdə müzakirəyə səbəb olan dərsliklərdəki "Arsak" məsələsinə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, o qeyd edib ki, Arsak ətrafında gedən söz-söhbət millətin böyük əksəriyyətinin tarix bilgisinin zəif olduğunu ortaya qoydu:

"Hətta bəzilərinin ümumiyyətlə, tarix bilgisi yoxdur. Bundan da Ermənistan dərin dövləti uğurla istifadə edir. Biz doğrudan da faciəvi millətik. Təkcə ərazilərimiz deyil, təfəkkürümüz də parçalanıbdır. Ən dəhşətlisi də təfəkkürün dəyişdirilməyə məruz qalmasıdır. Bu təfəkkür heç nəyi qəbul etmək istəmir.

Yazırıq ki, Arsak Ərsak deməkdir. Ərsak Albaniyanın bir vilayəti olubdur. Bunlar yenə də yazırlar ki, VII əsrdə xəritəyə Qarabağ yazın. Hətta bunu internet televiziya kanallarından da səsləndirirlər. Doğrudan da gülməlidir. Bunu oxuyanlar bizə nə deyəcəklər? Deyəcəklər ki, bunlar necə də saxtakar millətdirlər. Bu adamlar qədim Albaniya vilayəti olan Arsakı öz əlləri ilə ermənilərə təhvil verirlər. Onda bütün Albaniyanı da ermənilərə verək. Bunu istəyirsiniz? Ermənistan dərin dövləti də bunu istəyir. Onlar da bizi bura gəlmə kimi verirlər. Yazırlar ki, vəhşi, barbar türklər buralara gəlmədir. Sizlər də bu mövqeyinizlə onların maraqlarına xidmət edirsiniz.

Maraqlıdır ki, bəziləri də iddia edirlər ki, Avropa, Rusiya Arsakı erməni vahidi kimi qəbul edir və biz də bu addan əl çəkək. Qəribə məntiqdir, deyilmi? Cəhənnəmə xaric bunu belə qəbul edir. Elə həmin xaric deyildirmi ki, İran adını rəsmi şəkildə bütün orta əsr mənbələrinə salıbdır. Elə həmin xaric deyimidir ki, Ərməniyyə adını indiki ermənilərə hədiyyə edibdir. İndi biz də onların yazdıqları ilə razılaşmalıyıqmı? Bu nə münasibətdir? Onda gəlin İrəvan da yazmayaq və Yerevan yazaq. Yaxud Xankəndi deyil, Stepanakert yazaq da...

Millətləşmə prosesi gedən zaman biz işğala məruz qaldıq. Bu gün onun izləri bizi hər an qarabaqara izləyir. Tariximizə qarşı hücum edənlər bu gün bu mübahisələri izləyib xəcalət çəkmirlərmi? Burada məni bir məsələ ciddi maraqalandırır. Bu da ondan ibarətdir ki, bizim təfəkkürümüz o qədər işğala məruz qalıbdır ki, öz tarixçilərimizin dediklərini deyil, xarici tarixçilərin dediklərini qəbul edir, öz tarixçilərimizi təhqir edir və onlara “hərşeyşünaslar” deyirik. Bununla da erməni maraqlarına xidmət edirik. Adam yazılan toponimin mənasını anlamadan müəlliflərin üzərinə hücuma keçir, onun fikirlərini də saytlar, internet televiziyaları tirajlayırlar. Bizə düşmən lazım deyildir. Bunlardan soruşan lazımdır: VII əsrdə Azərbaycan ərazilərində erməni vilayəti olubmu? Bunu düşünürsünüzmü? Qanmadığınız bir tarixi məsələ haqqında niyə mənasız mübahisə edirsiniz? Qarabağ adı nə zaman yaranıbdır? Qarabağ atının adı orta əsrlərə qədər mənbələrdə nə adlanır? Qarabağ əraziləri Herodot, Strabon tərəfindən nə adlanıbdır? Azərbaycan ərazilərində dövlət quran saklar, massaqetlər hansı xalqa məxsusdurlar? Şəki, Zaqatala, Balasaqan, Beyləqan da erməni sözüdürmü? Adamı lap əsəbiləşdirirsiniz! Erməni dilində Arsak varmı? Erməni adı etnik addırmı? Bunları bilmədən fikir bildirməyin! Oxuyun, soruşun, sonra yazın!!! Əks halda, ermənilərin maraqlarına xidmət edəcəksiniz!"

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti