![]() |
|
Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb.
Qafqazinfo verdiyi xəbərə görə, texnobloqqer Fərid Pərdəşünas bildirib ki, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb:
“Səbəb isə əynimdə şortik olması idi. Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu ictimai asayişin pozulmasıdır. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı”.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur:
“Amma adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.
Xidmətin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bildirilib ki, sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Konkret.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, tək Kaspi Təhsil Mərkəzi deyil, başqa məktəblər də var ki, birbaşa Ramiz Mehdiyevin tapşırığı ilə yaranıb:
“Əli Həsənovun var-dövlətinin hamısının üstü açılacaq. Həsənov onların hər birini Ramiz Mehdiyevin köməkliyi ilə əldə edib. Ramiz Mehdiyev, Əli Həsənov FETÖ-nün, yəni 5-ci kalonun üzvləridir.
Bu gün onlar dövlətə xəyanət etmiş insanlardır. Dövlətin içində dövlət yaratmaq istəyirdilər, onun da üstü açılıb. Hər ikisi də bu gün dirəniş göstərir. Ramiz Mehdiyevin 5-ci məqaləsi bir xanımın adı ilə çap edilib. Təklif edirəm ki, Ramiz Mehdiyev təcili həbs edilsin. Əli Həsənovun bütün var-dövləti FETÖ-nün köməkliyi ilə əldə etdiyi xalqın sərvətləridir.
Hazırda hər ikisi ey-işrət içində qudurğanlıq edir. Düşünürəm ki, onlar təcili həbs edilməsə, ölkədə qarışıqlıq olacaq. Onun üçün də Ramiz Mehdiyev təcili qandallanmalıdır. Abel Məhərrəmov bu gün qərbi azərbaycanlılarla görüşlər keçirib, Ramiz Mehdiyevə tərəfdaş yığmağa çalışır. Bu insanların hər biri dövlətə xəyanət edib, ölkəmizə qarşı koalisiya yaratmağa çalışırlar. Hüquq mühafizə orqanları onlar barəsində ciddi araşdırma aparılmalıdır.
Çünki onlar FETÖ, Rusiya kəşfiyyatı və ermənilərlə münasibətdədirlər”.
Son günlər kuryer xidməti ilə məşğul olan şirkətlərdə çalışan sürücülər motosikleti olduqca kobud şəkildə idarə edirlər. Bu səbəbdən qeydə alınan qəzalarla bağlı rəqəmlər və videogörüntülər var.
Bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, kuryer xidməti göstərən motosiklet sürücüləri məhəlləarası yollarda da ehtiyatsız davranırlar:
“Mühərrikin işçi həcmi 50 sm³-ə qədər olan motosikletləri (mexaniki nəqliyyat vasitələrini) idarəetmək üçün sürücülük vəsiqəsi tələb edilmir. Yaşı 18-dən yuxarı olan, hüquqi və fiziki işlə məşğul olan şəxslər bu motosikletlərdən istifadə edə bilir.
Dünyanın inkişaf etmiş ölkələrində bu qaydalar tətbiq edilir. Lakin, ölkəmizdə bu cür motosikleti idarə edən sürücülərimiz yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqdan belə çəkinmirlər. Baş verən yol qəzalarının ağırlıq dərəcələrini nəzərə alaraq, bildirirəm ki, onlar barəsində tədbir görülməlidir”.
V.Əsədov onu da əlavə edib ki, bu gün mühərrikin işçi həcmi 50 sm³-dən çox olmayan 30-dan artıq moped, motosiklet cərimə meydançasındadır:
“Eyni zamanda motosikletlərlə törədilən 18 yol qəza hadisəsi baş verib ki, onlardan da səkkizi ölümlə nəticələnib. Bu kifayət qədər ciddi rəqəmdir. Motosiklet getdiyi yolda sürüşərək dirəyə çırpılıb, sürücü ölüb. Eyni zamanda, qəzalar arasında motosikletin maşına çırpılması, piyadanı vurması ilə bağlı faktlar da var. Bütün bunların görüntüləri mövcuddur və araşdırmalar aparılıb.
Kuryer xidməti göstərən şirkətlərdən xahiş edirik ki, motosiklet sürücülərinə yol hərəkəti qaydalarına riayət etmələrini tapşırsınlar. Digər hərəkət iştirakçılarına mane olacaq davranışlara yol vermək olmaz”.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb. Bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.
Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.
Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri də təhsil müəssələrində hicablı şagirdlərə, müəllimlərə rəhbərlik tərəfindən bəzən təzyiqlər göstərirlir.
Hicablı şagirdlərin və ya müəllimin təhsil müəssəsinə daxil olmaqda hər hansısa bir məhdudiyyəti varmı?
Bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sonxeber.az-a açıqlama verib.
"Məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır.
Burada məktəb daxili mühit və tədris prossesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedoqoji heyətinin məktəb pedaoqji şurasının qərarı ilə təsdiq olunan geyim forması var.
Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəb daxili mühitə hesablanmalıdır və o əsasda olamlıdır."
Sumqayıt şəhər Təhsil şöbəsində yeni təyinat olub.
Xeberle.com məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Sumqayıt şəhər Təhsil şöbəsinin məsləhətçisi Ramin Abbasov müdir müavini vəzifəsinə təyin edilib. R. Abbasov indiyədək bu vəzifəni müvəqqəti icra edirdi.
Qeyd edək ki, müdir müavini vəzifəsini 2015-ci ilin noyabr ayından 2017-ci ilin yanvar ayına qədər Firidun Həmzəyev tuturdu.
F.Həmzəyev işdən azad olunduqdan sonra sözügedən vəzifəyə təyinat olmayıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək pensiyaları haqqında qanuna dəyişiklik" layihəsi hazırlanıb.
Pensiya sistemi təkmilləşdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklərdən biri pensiyaçıların öz pensiya növünü dəyişdirməyə qoyulan məhdudiyyətin aradan qalxması ilə bağlıdır.
Bundan əlavə yeni layihədə ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və sosial müavinətə keçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürülür.
Pensiyaların hesablanması qaydası da asanlaşdırılır. Yeni layihə qəbul olunduqdan sonra pensiyaçılar işdən çıxdıqda və ya 6 il işləməyə davam etdikdə onların topladıqları pensiya kapitalının yenidən hesablanaraq pensiyalarına əlavə olunması üçün müvafiq sənədləri təqdim etmələrinə ehtiyac qalmayacaq.
Yenidən hesablanma proaktiv qaydada həyata keçiriləcək, vətəndaşa pensiyasının nə qədər artması və nə vaxtdan ödənilməyə başlayacağı onun mobil telefonuna və ya ünvanına göndəriləcək. Qeyd edək ki, yeni qanun layihəsi son hazırlıq mərhələsi yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.
"Ölkə.Az"a daxil olan açıqlamada deyilir:
"Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.
“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmiş, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.
Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilmiş, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.
Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı açıqlanıb.
ƏƏSMN-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.
Qeyd olunub ki, altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur. Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 min 496-sı ikinci, 13 min 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur.
Rəsmi əmək müqaviləsi ilə işləyən əlilliyi olan işçilərin 36 356-sı dövlət, 19 710-u isə qeyri-dövlət sektorunda çalışır. Onlar ən çox təhsil, səhiyyə və sosial xidmətlər, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat kimi iqtisadi fəaliyyət növləri üzrə işə cəlb olunublar.
2020-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 1684 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.
“Zaman-zaman Azərbaycanda millət vəkilləri və bəzi rəsmi şəxslər tərəfindən belə fikirlər səsləndirilir. Düşünürəm ki, bu reallığa söykənməyən təkliflərdir. Qanunvericilikdə belə bir praktika yoxdur. Eləcə də texnologiya baxımından bu qeyri-mümkündür”.
Bu fikirləri “Qafqazinfo”ya Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deputat Jalə Əliyevanın "“Facebook”a şəxsiyyət vəsiqəsi ilə giriş edilməlidir" təklifinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, hazırki dövrdə bu mümkün deyil:
“Adı çəkilən resurslar qlobal resurslardır. Data mərkəzləri, serverləri xaricdə yerləşir. Belə olan halda identifikasiya məsələləri ilə bağlı problemlər yaranır. Əgər data mərkəzləri və nümayəndəlikləri ölkədə olardısa, o zaman bu prosedurlara baxıla bilərdi. Bu, olmadığı təqdirdə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının xarici ölkələrdə olan data mərkəzlərdə emal olunması hüquqa ziddir. Texniki və texnoloji cəhətdən mümkün deyil. Ona görə, bu fikri səsləndirənlər bu faktorları da nəzərə alsınlar”.
Qeyd edək ki, bu fikri millət vəkili Siyavuş Novruzov da bir neçə il öncə Milli Məclisdə səsləndirmişdi.