Yol polisindən kuryer xidməti ilə məşğul olan motosikletçilərə XƏBƏRDARLIQ

Son günlər kuryer xidməti ilə məşğul olan şirkətlərdə çalışan sürücülər motosikleti olduqca kobud şəkildə idarə edirlər. Bu səbəbdən qeydə alınan qəzalarla bağlı rəqəmlər və videogörüntülər var. 

Bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, kuryer xidməti göstərən motosiklet sürücüləri məhəlləarası yollarda da ehtiyatsız davranırlar:

“Mühərrikin işçi həcmi 50 sm³-ə qədər olan motosikletləri (mexaniki nəqliyyat vasitələrini) idarəetmək üçün sürücülük vəsiqəsi tələb edilmir. Yaşı 18-dən yuxarı olan, hüquqi və fiziki işlə məşğul olan şəxslər bu motosikletlərdən istifadə edə bilir.

Dünyanın inkişaf etmiş ölkələrində bu qaydalar tətbiq edilir. Lakin, ölkəmizdə bu cür motosikleti idarə edən sürücülərimiz yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqdan belə çəkinmirlər. Baş verən yol qəzalarının ağırlıq dərəcələrini nəzərə alaraq, bildirirəm ki, onlar barəsində tədbir görülməlidir”.

V.Əsədov onu da əlavə edib ki, bu gün mühərrikin işçi həcmi 50 sm³-dən çox olmayan 30-dan artıq moped, motosiklet cərimə meydançasındadır:

“Eyni zamanda motosikletlərlə törədilən 18 yol qəza hadisəsi baş verib ki, onlardan da səkkizi ölümlə nəticələnib. Bu kifayət qədər ciddi rəqəmdir. Motosiklet getdiyi yolda sürüşərək dirəyə çırpılıb, sürücü ölüb. Eyni zamanda, qəzalar arasında motosikletin maşına çırpılması, piyadanı vurması ilə bağlı faktlar da var. Bütün bunların görüntüləri mövcuddur və araşdırmalar aparılıb.

Kuryer xidməti göstərən şirkətlərdən xahiş edirik ki, motosiklet sürücülərinə yol hərəkəti qaydalarına riayət etmələrini tapşırsınlar. Digər hərəkət iştirakçılarına mane olacaq davranışlara yol vermək olmaz”.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti