Maşının "kilometrajını" belə geriyə çəkirlər - ŞOK VİDEO

Sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də avtomobilin yürüş məsafəsinin azaldılmasıdır. Alverçilər bu yolla avtomobilin daha "təzə" olduğunu göstərməklə qiyməti bahalaşdırır. Həmişə sual yaranır ki, görəsən bunu necə edirlər. Sosial şəbəkələrdə yayılmış video avtomobilin yürüyüşünün necə çəkildiyini göstərir. Təbii ki, bu müxtəlif variantlardan sadəcə biridir. Bununla bağlı kompüter texnologiyaları da istifadə olunur. Lakin diqqətli sürücülər bunu aşkar edə bilər. Odur ki, avtomobil alan zaman rəsmi servisdə dəqiq diaqnostika etmək məsləhətdir. Avtosfer.az videonu təqdim edir:

 

Bu gün ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcək

Avqustun 24-də fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3550 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Bu gün avtobuslar yenidən fəaliyyətə başlayır

Bu gündən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti bərpa olunur.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 22 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılıb.

Nəqliyyat vasitələri 24 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.

Hava şəraiti ilə bağlı xəbərdarlıq

Azərbaycanda müşahidə olunan hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri sabit keçəcəyi ,şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu tədricən 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi AMEA prezidenti Ramiz Mehdiyevin avqustun 18-də Novxanıda nəvəsinə toy mərasimi keçirməsinə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Qafqazinfo-ya məlumat verilib ki, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb:

“Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri 200 manat məbləğində cərimə ediliblər.

O ki, qaldı sabiq millət vəkili İlham Əliyevin Novxanıdakı bağ evində övladına toy məclisi təşkil etməsinə, bu məsələ də hazırda tərəfimizdən araşdırılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək”.

Milli Məclisin deputatlarının avtomobilləri

Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var.

Maraqlıdır, Milli Məclisin deputatları hansı markalı avtomobillərdən istifadə edir?

Report”un əməkdaşı bu sualla Milli Məclisin bir neçə deputatına müraciət edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli açıqlamasında şəxsi avtomobilinin olmadığını deyib: “Ümumiyyətlə şəxsi avtomobilim olmayıb. Övladımın birinin avtomobili var. Özüm isə Vəhdət Partiyasına məxsus olan 2008-ci il istehsalı “BMW” markalı avtomobildən istifadə edirəm”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Toyota Prado” markalı avtomobili var: “Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə “Hyundai Genesis” markalı avtomobilinin olduğunu deyib: “Həmin avtomobildən 8 ildir istifadə edirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib:

“Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsalı olan " Mercedes E-Class” markalı xidməti avtomobildən istifadə edirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, “Toyota Avalon” markalı avtomobili var: “Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.

Milli Məclisin deputatları – Fazil Mustafa, Qənirə Paşayevanın “Toyota Prado”, Aqil Abbasın “Hyundai Sonata", Erkin Qədirlinin "Toyota Corolla" markalı avtomobili var.

Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobili "Mercedes E-Class”dır.

Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verir. 

Karantin cəriməsini ödəməyən vətəndaşların
Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər.

"Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər".Bunu ''xəzər xəbər''əmüsahibəsində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev, son günlər sosial şəbəkələrdə xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində tətbiq edilən cərimələrin silənəcəyi ilə bağlı fikirlərə münasibət bildirirərkən deyib.

Kamran Əliyevin sözlərinə görə, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni ''tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir. Kamran Əliyev bildirdi ki, heç kəs məsuliyyətdən azad oluna bilməyəcək.

Qurum rəsmisi onu da qeyd etdi ki, əgər həmin şəxslər 3 ay müddətində də cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.

Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər.

Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.

"Ölkə.Az" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər.

"Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər".Bunu ''xəzər xəbər''əmüsahibəsində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev, son günlər sosial şəbəkələrdə xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində tətbiq edilən cərimələrin silənəcəyi ilə bağlı fikirlərə münasibət bildirirərkən deyib.

Kamran Əliyevin sözlərinə görə, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni ''tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir. Kamran Əliyev bildirdi ki, heç kəs məsuliyyətdən azad oluna bilməyəcək.

Qurum rəsmisi onu da qeyd etdi ki, əgər həmin şəxslər 3 ay müddətində də cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.

Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər.

 
Pandemiyadan ən çox zərər görən sahələr hansılardır
Apardığımız monitorinqlər göstərir ki, pandemiya Azərbaycanda bir sıra sahələrə birbaşa, bəzi sahələrə isə qismən təsir göstərib. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, nəzərə alsaq ki, 20 fəaliyyət sahəsi pandemiyanın təsirlərinə məruz qaldı, onlardan 11-ində fəaliyyət tamamən, digər 9-da isə fəaliyyətin 70 faiz məhdudlaşması müşahidə olundu:

“Pandemiyadan ən çox zərər çəkən sektorlar turizm, xidmət, ictimai iaşə, nəqliyyat sahələri hesab olunur. Amma eyni zamanda bir sıra digər sektorlar var ki, xüsusən də fərdi sahibkarların çalışdığı sahələr var ki, onlar da pandemiyanın təsirlərinə məruz qaldı.

Məsələn, sərhədlərin bağlanması xaricdən avtomobil idxalı ilə məşğul olan sahibkarların praktiki olaraq dayanmasına gətirib çıxardı. Eyni zamanda nəzərə alsaq ki, ictimai iaşə və xidmət sektorunda çalışanların sayı kifayət qədər çoxdur, pandemiya həmin insanların da fəaliyyətinə imkan yaratmadı”.

Deputat qeyd edib ki, bir sıra sektorlarda, xüsusən ictimai iaşə, xidmət və turizm sektorlarında qiymətləndirmə göstərir ki, pandemiyadan əvvəl qeyri-formal çalışanların sayı az deyildi:

“Məsələn, ictimai iaşədə ofisiant, aşbaz və digər xidmətlər göstərən vətəndaşlarımızın bir qismi qeyri-formal olaraq çalışırdı, pandemiya bu sahəyə də təsir göstərdi. Pandemiya bir tərəfdən Azərbaycan iqtisadiyyatının 2.8 faiz azalmasına səbəb oldu. Amma Azərbaycan post-pandemiya dövründə iqtisadi aktiviliyi daha qısa zamanda bərpa etməyə çalışan ölkələrdən biridir və güman olunur ki, koronavirusla bağlı iqtisadi dəstək paketi post-pandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda əldə etməyə imkan verəcək”.

Bakıda yol dairəsi ləğv edildi
Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib:

“Layihəyə əsasən, kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə tənzimləndirilib, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib və ərazidə müvafiq yol nişanları quraşdırılıb”.

 

Sabahın havası: Leysan, dolu, külək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 13-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər lenti