Bu yolda da avtobus zolağı çəkildi
"İctimai Nəqliyyatı Rahatlaşdıran Yeni Zolaqların Təsisi"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin Şəhər şosesində avtobus zolağı təşkil edib.

Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1 600-dən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərrnişin daşınır.

"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - deyə AYNA bəyan edib.

hem-sehidin-hem-ovladinin-hem-vetenin-dilinden

Ana bətnində olarkən ataları Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olan və dünyaya gəldikdən sonra atalarının adı verilən uşaqlarla bağlı ötən il “Qafqazinfo”da şair Fərid Hüseynin şeirləri yayımlanmışdı.  

Şəhid oğlunun, şəhid atanın və azad Vətənin dilindən yazılmış bu poetik silsilədə çətinliyi oğluna miras qoymayan ataların qəhrəmanlığından, ataları ilə adaş olan, onların büküldüyü bayrağa bələnən şəhid övladlarından bəhs olunur. Vətənin fəryadını ən tez onların atalarının eşitdiyi, indi hər kəsin şəhid ləpirləri ilə Zəfər yoluna irəlilədiyi vurğulanır. 

Tanınmış bədii qiraət ustası Xəzər Süleymanlı sözügedən şeirləri Anım Günündə xüsusi olaraq “Qafqazinfo” üçün səsləndirib.

Həmin səsləndirmə ilə bağlı videoçarxı təqdim edirik:

Hazırladı: Pərvin Zeynal

gozlerde-yas-dillerde-veten-sag-olsun

Bu gün - 27 sentyabr Vətən müharibəsinin dördüncü ildönümü və Anım Günüdür.

“Qafqazinfo” xəbər verir ki,  şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri II Fəxri xiyabana gələrək şəhid məzarlarını ziyarət edir.

Gözlərdə yaş, ürəklərdə övlad, qardaş, yoldaş dağı, dillərdə isə “Vətən sağ olsun”...

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Vətən uğrunda gedən qanlı döyüşlərdə öz canından keçən 3 minə yaxın hərbçimiz şəhid olub.

Fotolar: Pərvin Zeynal

 

 


































 
Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”
“Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədə olacaq. “Cənab Prezident vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət, uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaradıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib. Vətən müharibəsində əldə olunmuş parlaq qələbə, eləcə də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri təbii olaraq bütün investorlara müsbət siqnal göndərmişdir və biz, dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük. Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indi azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.”

Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin xarici borcunun azalması ilə bağlı təqdim etdiyi açıqlamalar respublika iqtisadiyyatının dinamik inkişaf etdiyini bir daha təsdiqləyir: “Məlumdur ki, hər bir ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bu baxımdan Azərbaycanın dünya miqyasında qabaqcıl ölkələr sırasında olması iqtisadiyyatımızın dayanıqlı və dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev ölkəmizdə xarici borcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini diqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitin xarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır. Dövlətimizin başçısı gələn ilin əsas xərclərinin, ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrlə bağlı olacağını da diqqətə çatdırdı. Azərbaycan öz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdir ki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir” .
8 Noyabr prospektindən istifadə edənlərə şad xəbər!

8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə Yol-xeber.az-a NİİM-dən məlumat verilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumata görə, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Sentyabrın 27-də Azərbaycanda dəyişkən hava şəraiti və bəzi bölgələrdə yağış gözlənilir
Sentyabrın 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Cəbrayıla köçənlərə mənzillərin açarları təqdim olundu

Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.

Köçürülən ailələr işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşacaqlar.

İlk mərhələdə Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

image_20240926141635.jpeg
Sentyabrın 25-də Daxili İşlər Nazirliyində Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi "Risklərin təhlili" işçi qrupunun növbəti iclası keçirilib.

Yol-xeber.az" xəbər verir ki,  "Risklərin təhlili" işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda işçi qrupun 2024-cü il üçün Fəaliyyət Planının 3-cü bəndinə əsasən, texnoloji risk kimi kibertəhlükə, xüsusən onun təzahür əlamətləri kimi kibermüharibə, kibercasusluq və kibercinayətkarlıq məqsədilə kiber silah və vasitələrdən istifadə olunması məsələləri müzakirə olunub. Qaldırılan məsələlərin metodoloji əsasının Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatından irəli gəldiyi qeyd edilib.

İclasda Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin şöbə rəisi Hikmət Məmmədovun, İşçi qrupunun üzvləri – maliyyə Monitorinqi Xidmətinin Risklərin qiymətləndirilməsi və metodologiya şöbəsinin rəisi Əmrah Rəhmanovun, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin Maliyyə-bank və rəqəmsallaşdırma sektorunun müdiri Mehdi Həsənovun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulovun məruzələri dinlənilib.

İclasın yekununda İşçi qrupunun üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim olunması məqsədilə gündəlikdə duran məsələyə dair təkliflərin İşçi qrupunun katibinə bildirilməsi ilə bağlı qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Risklərin təhlili" işçi qrupuna rəhbərliyi Daxili İşlər Nazirliyi həyata keçirir.
Leyla Əliyeva qadın və uşaq sığınacağını ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mehriban Zeynalovanın sədri olduğu qadın və uşaq sığınacağında olub.

 Leyla Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında fotolar paylaşıb.

Həmin paylaşımı təqdim edirik:

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”
“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti olmuşdur. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə 1992-ci il martın 24-də təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmiş, nəticədə Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il ərzində icra olunmamışdı.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. “Buna görə də Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində hər zaman deyirdi ki, məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.” 

K.Qafarov qeyd edib ki, Azərbaycanın 2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməmiş, əksinə ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırmışdı. Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən müharibənin başlandığı gün- sentyabrın 27-də keçirilir. Nəhayət, bütün bu cinayətlərə son qoymaq və ölkənin suverenliyini tam bərpa etmək məqsədilə Azərbaycan keçən il lokal xarakterli antiterror tədbirlərini keçirməli oldu.Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmır.”

Xəbər lenti