![]() |
|
Gədəbəy qızıl filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökümətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 2 noyabr 2018-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.
Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 73679,0 troy unsiyaya (2291,9 kiloqrama) çatdırılıb ki, onun da bu günə bazar dəyəri 91,7 milyon ABŞ dolları təşkil edir.
ABŞ-ın İranla 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra ləğv etdiyi bütün sanksiyalar yenidən qüvvəyə minəcək.
bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Tramp sosial media hesabında paylaşdığı fotoda “Sanksiyalar gəlir - 5 noyabr” qeydini edib.
Məsələ ilə bağlı açıqlama verən ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İranla əməkdaşlığı davam etdirənlərə də sanksiyalar tətbiq olunacaq, lakin 8 ölkə bu siyahıya daxil edilməyəcək. O, həmin ölkələrin adını hələlik açıqlamayıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə həmin siyahıda Türkiyənin də olacağını elan edib:
“ABŞ-ın İrana sanksiyalarında istisna tətbiq edəcəyi 8 ölkə arasında Türkiyənin də olacağı məlumatını aldıq. Bu qərara görə məmnun olduğumuzu bildirmək istəyirəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ildə ümumilikdə 7 mindən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 23,7 min müxtəlif reabilitasiya vasitəsi verilib.
Bu istiqamətdə xidmət göstərilənlərdən 900 nəfərə yaxını Qarabağ müharibəsi əlili olub.
Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara təqdim edilən reabilitasiya vasitələrindən 1006-sını əlil arabası təşkil edib.
Digər reabilitasiya vasitələri aşağı və yuxarı ətraf, həmçinin döş protezlərindən, bel və boyun nahiyəsi üçün korsetlərdən, protez və ortopedik ayaqqabılardan, dördayaqlı dayaq vasitələrindən, qoltuqaltı və dirsəkaltı ağaclardan, əsalardan və s. ibarət olub. Fiziki məhdudiyyətli şəxslərin müraciətləri əsasında 546 reabilitasiya vasitəsi təmir edilərək yenidən sahiblərinə təqdim edilib.