![]() |
|
50 yaşlı kişi ilə ailə qurduğu deyilən 17 yaşlı qız, ATV-nin “Bizimləsən” proqramının canlı efirinə telefon bağlantısı ilə qoşulub.
Öz istəyi ilə nişanlandığını bildirən qız, bu işə ailəsinin qarışa bilməyəcəyini bildirib:
Daha ətraflı video görüntüdə:
“Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq REV-in texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirəcək.
Buna qədər bu səlahiyyət Tarif (qiymət) Şurasına aid idi.
Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.
"AzPolitika.info" V.Talıbovun Bakıya gəlişinin Naxçıvandakı "fırtına" ilə bağlı olduğunu yazıb. Onun Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacağı bildirilir.
Ali Məclis sədrinin Bakıya gəlişinin səbəbini dəqiqləşdirə bilib. Naxçıvandakı mənbələr saytımıza bu səfərin V.Talıbovun şəxsi təşəbbüsü ilə baş tutduğunu deyib. Onun sözlərinə görə, "xan" bağışlanılması üçün Bakıya minnətçi düşəcək.
Mənbə bildirib ki, V.Talıbov özünün və yaxın ətrafının uzun illər ərzində qeyri-qanuni yollarla dövlət büdcəsindən oğurladığı həcmi milyardlarla dollarla ölçülən vəsaiti geri qaytarmağa hazırdır. Bunun müqabilində isə özünün və yaxın ətrafının təhlükəsizliyinə təminat istəyir.
Naxçıvandakı məlumatlı şəxs V.Talıbovun "fırtına" səngiyəndən sonra vəzifədən könüllü getməyə hazır olduğunu da bildirib.
***
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya gəldiyi bildirilir.
Bu barədə "AzPolitika.info" MR-dəki etibarlı mənbəsinə istinadən məlumat yayıb.
"V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq", - deyə sayt yazıb.
Qeyd edilir ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.
Bundan bir qədər öncə isə Vasif Talıbovun iki dəfə Bakının dəvətindən imtina etdiyi qeyd edilib.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və digər hərəkət iştirakçılarına mövcud hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, hazırda ölkə ərazisində yağışlı, dumanlı hava şəraiti müşahidə olunur.
O qeyd edib ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir:
"Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.
Həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
Bununla yanaşı, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, sifarişli çatdırılma xidməti göstərən şəxslərdən bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edirik".
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 2186 №-li sərəncamına əsasən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması işləri 2022-ci ilin oktyabr ayında başa çatmışdır.
Ümumi uzunluğu 47,2 km olan avtomobil yolunun 7,5 km hissəsi I, 26,1 km hissəsi II və 13,6 km hissəsi III texniki dərəcəlidir.
Avtomobil yolunun əsas göstəriciləri:
Yolun ümumi uzunluğu – 47.2 km;
Texniki dərəcəsi I – 7,5 km; II – 26,1 km; III – 13,6 km;
Torpaq yatağının orta eni I – 29 m; II – 15 m; III – 12m;
Hərəkət hissəsinin orta eni I – 22.6 m; II – 9 m; III – 7 m;
Hərəkət zolaqlarının sayı I – 4-6 ədəd; II və III – 2 ədəd;
Hərəkət zolağının orta eni I – 3,5 m; II – 3,75 m; III – 3,5 m.
Yol geyiminin konstruksiyası:
Əsasın əlavə layı (Qum-çınqıl qarışığı) - 24 sm;
Əsasın alt layı (Optimal tərkibli qırmadaş qarışığı) - 16 sm;
Əsasın üst layı (Bitumla emal edilmiş qırmadaş) - 14 sm;
Asfalt-beton örtük, 3 laydan ibarət (8+7+5) - 20 sm.
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
Qum-çınqıl qarışığı - 321,1 min m3;
Optimal qırmadaş qarışığı - 177,9 min m3;
Bitumla emal olunmuş qırmadaş - 54,4 min ton;
Asfalt-beton qarışığı - 290,3 min ton;
Zəyzid çayı üzərində yeni körpü , uzunluğu - 22,0 metr;
Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları
üzərindəki körpülərin təmiri, uzunluğu - 630 m;
Düzbucaq tipli 2 ədəd suötürücü boru - 60,0 m;
Dairə tipli suötürücü borular , 144 ədəd - 586 m;
Su axıdıcı kanallar - 11,6 km;
Əyrixətli tirlər quraşdırılmışdır - 12,2 km;
Avtodayanacaq - 7 ədəd;
Müxtəlif yol nişanları - 408 ədəd;
Bütöv və qırıq-qırıq sarı və ağ xətlər - 165,4 km;
Siqnal dirəkləri - 1731 ədəd.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “17 №-li Yol İstismarı” MMC yerinə yetirmişdir.
YOLUNUZ AÇIQ OLSUN...
Gələn ay Azərbaycanda 5 gün iş olmayacaq.
"Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.
2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq hüzn günü olduğundan həmin gün qeyri-iş günüdür.
Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.
Bu gün Azərbaycan özünü dərman vasitələri idxalat hesabına təmin edir və idxalat 95 faiz təşkil edir.
Bunu baş nazir Əli Əsədov parlamentdə dərman vasitələrinin qiymətinin artımı və təminatında yaranmış problemlə bağlı məsələdən danışarkən deyib.
Onun sözlərinə görə, ölkəyə dərman vasitələri əsasən Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən gətirilir..
“Bu da dərman vasitələrinin təminatına mənfi təsir göstərir”, - o qeyd edib.
Baş nazir deyib ki, dərman vasitərləinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
“Tarif Şurası 13493 dərman vahid qiymətə tətəbiq etsə də, ancaq son vaxtlarda cəmi 277 adda dərman qiymət artımı tətbiq edilib. 277 adda olan dərmanın 126-sı Ukrayna, Rusiya və Belarusdan idxal olunur. Bu ölkələrdən idxal edilən dərmanların qiymət artımın tətəbiq edilməsi qaçılmaz idi”, - o bildirib.
Baş nazir onu da əlavə edib ki, hökumət dərman çatışmazlığının aradan qaldırılması ilə bağlı zəruri addımlar atır: “Bu sahədə görülən tədbirlər nəticəsində ölkədə dərman problemi müşahidə olunmur”.
Əsədov onu da bildirib ki, insanlara zəruri dərman vasitələri ilə təmin etmək üçün fiziki şəxslərin də ölkəyə dərman vasitələri gətirməsinə şərait yaradılıb: “Bununla bağlı Səhiyyə Nazirliyinə, TƏBİB, Dövlət Gömrük Komitəsinə müvafiq göstəriş verilib. Bu işdə parlamentin müvafiq komitələri də öz töhfəsini verə bilər”.