Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Xalq artisti Aftandil Israfilovun səhhəti ağır olaraq qalır.

Bu barədə BAKU.WS-ə sənətçinin qızı Həcər İsrafilova deyib. O, atasının vəziyyətinin hələ də kritik olduğunu bildirib:

"Hələ ki renanimasiyadadır. Vəziyyəti ağırdır. Həkimlər əllərindən gələni edirlər. Onlar da atamın bu vəziyyətinin nə vaxta qədər davam edəcəyi barədə heç nə demirlər. Bu səbəbdən də hələ ki vaxtlı-vaxtında müalicələri aparılır".

Xatırladaq ki, qarmon ifaçısının 3 gün əvvəl səhhəti pisləşib və təcili olaraq xəstəxanaya yerləşdirilib.

Türk iş adamı Vasif Talıbovu DTX-ya şikayət etdi - Şikayət Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun nəzarətindədir

Türkiyəli iş adamı Ali Serdar Oba Türkiyənin Naxçıvandakı konsulluğu vasitəsilə Vasif Talıbovu DTX-na şikayət edib.

Ovqat.com məlumatına görə, şikayət məktubunda Naxçıvan MR Ali Məclisinin sədri 5 xüsusda günahlandırılır:

TÜRKİYE CUMHURİYETİ NAHÇİVAN BAŞ KONSOLOSLUĞU MAKAMI araciliği ile NAHÇIVAN DEVLET TEHLIKESIZLIK HİZMETİNE

2007 Yilindan beri Oba group M.M.C. adina faaliyet gösteren şirketimiz adina üretim , ticeret , turizm alaninda faaliyet göstermekte idi.

Ancak 2015 yilinda bütün mal varlığımıza ve yatırımlarımız Vasif Talıbov un talimati ile elimizden alinanlar

1. Ordubat paragaçay maden ocaği. 5 yil 2000 metre derinlikte çaliştik. Masrafim 2.048.000 dolar.

2. Serur gümüşlüde arpacay balikcilik. Senelik 1000 ton kapasiteli balik çiftliği kurdum elimizden aldilar. Masrafim 413.000 dolar.

3. Metro turizm ile 2015 ila 2020 yillari icin 5 yillik sistem kurdum. Elimizden zorla aldilar. 105.000 dolar.

4. Plastik atiklardan hortum üretim tesisi . Zorla elimizden alindi. Mahkeme yolu ile makinalarimizi geri aldik ancak fabrikada üretilmiş 91.600 dolar değerindeki malimizi gasp edip sattiklari için paramizi alamadik ve sermayemizi alamadiğimiz için ve deport olmam sebebi ile hal hazirda 6 senedir makinelerimizi çaliştiramiyoruz. Bu işten zararim 300.000 dolar.

5. Hakkimi aradigim için türlü bahanelerle deport 5 yıl edildim ailemden çocuklarimdan zorla ayrilmaya mecbur edildim.

6. Bu haksizliklar yüzünden yuvam yıkıldı.3 tane ergenlik yaşindan küçük evlatlarim babasiz kaldi.

7. Mahkemeler bana Vasif Talıbovu dolayli olarak şikayet ettiğim için düşman muamelesi yaptilar. Hakkimi aramak için mahkemeye geliş gidişlerimde beni mahkum arabasi ile getirip götürdüler. Şahsiyetimi alçatlmak icin her kötülüğü yaptilar.
8. Vasif Talibovun cinayetlerini mahkemede ispat ettiğim için 18.03.2020 tarihinde Nahcivan polis şubeside polis reisi Mirze Celilov önderliğinde beni öldürmek istediler.

Nahcivan daki devlet kurumlarinda çalışan memurlara ve mahkemelere güvenim yoktur. Bu sebeple Baku den gelen DTX devlet tehlikesizlik hizmetine konsolosluk aracılığı ile muracaat ederek bana karşi tapilan halsizliklarin ve benden gasp edilen haklarimin yaklaşik 3.000.000 üç milyon dolarin harcadim. Eğer haklarim zorla gasp edilmeseydi en kötü şartlarda 10.000.000 on milyon dolarlik ek gelirim olacakti. 15 senedir bütün kurduğumuz iş yerleri Vasif Talibov talimati ile gasp edildi.
Iddialarimi ispat edecek her türlü bilgi ve belge mevcuttur.

Vasif Talibovun bana verdiği zararlarin araştirilmasini ve bana verilen ziyanin geri ödenmesi için gerekli işlemlerin yapilmasini rica ederim.

Ali Serdar Oba . 05. 12. 2022

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinə yeni rəis təyin olunub

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Sənubər Nəzərova korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə yerli və beynəlxalq təşkilatlarda 15 ildən artıq zəngin iş təcrübəsinə malikdir.

S. Nəzərova bakalavr təhsilini Xəzər Universitetinin Humanitar Elmlər fakültəsində ingilis və ərəb dilləri üzrə alıb. 2008-ci ildə Xəzər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini bitirib. 2009-2010-cu illərdə İsveçrə Federal Hökumətinin Cənubi Qafqazda həyata keçirdiyi “CABİR” proqramı çərçivəsində “The Graduate University of Geneve” də təhsil alıb. 2010-cu ildə isə İsveçrə Liderlik Mükafatının qalibi elan olunub. Sənubər Nəzərova 2018-ci ildə BP və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilmiş Corc Vaşinqton Universitetinin “Layihələrin İdarəedilməsi” məktəbini uğurla başa vurub.

2003-2010-cu illər ərzində Bakıda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarda və diplomatik korpuslarda media və kampaniyaların təşviqi üzrə məsul vəzifələrdə çalışıb. 2007-2010-cu illərdə Minilliyin İnkişaf Məqsədləri üzrə vəkillik və lobbiçilik kampaniyalarını həyata keçirən “GCAP Europe’’ koalisyasında MDB və Balkan regionları üzrə media əlaqələndiricisi vəzifəsini icra edib.

2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Sənubər Nəzərova T3 Vəkfi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 2022-ci ilin may ayında Bakıda ilk dəfə olaraq keçirilmiş “Teknofest Azərbaycan’’ Aerokosmik və Texnologiya festivalının PR meneceri vəzifəsini icra edərək tədbirin yerli və beynəlxalq mediada geniş ictimailəşdirilməsini uğurla həyata keçirib.

Naxçıvan Muxtar Respublikasında avtomobillərə pərdə və plyonka vurulması qadağası aradan qaldırılıb.

Oxu.az məlumatına görə, tələbatın yüksək olması səbəbindən şüşələrin plyonkalanması 120-130 manat civarında həyata keçirilir.
Bundan başqa, digər regionların qeydiyyatında olan köhnə avtomobillərin də Naxçıvanda qeydiyyata alınmasına icazə verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Hazırda məsələ ilə bağlı baxış müddəti sayıldığı üçün maşına vurulan pərdə və plyonkaya görə sürücülər cərimə edilmir.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələrinin fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb.

İndiyədək Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkələrinin, həmçinin taksi xidmətlərinin Muxtar Respublikada fəaliyyətinə icazə verilməyib.

Bakı Dəmiryol Vağzalında sağlamlıq imkanları məhdud uşaqların rəsmləri nümayiş olunub

"Yol-xeber.az" xəbər verir ki, Bakı Dəmiryol Vağzalında 3 dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar rəsm sərgisi keçirilib. 1-3 dekabr tarixlərində baş tutan “Qarabağ rəngli dünyamızda” adlı rəsm sərgisində uşaq və gənc olmaqla 19 sağlamlıq imkanları məhdud şəxsin rəsmləri nümayiş olunub.

Sərgi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) təşkilatçılığı, eləcə də “Azərbaycana Birgə Yardım” Təşkilatı (UAFA) və “Bacarıqlı Əllər” İctimai Birliyinin birgə dəstəyi çərçivəsində baş tutub.

Ölkəmizdə bu qəbildən həssas kateqoriyaya aid şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər ildən-ilə güclənir, genişlənir. Eləcə də onların cəmiyyətə inteqrasiyası dövlət siyasətinin beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulub.

 

Sərginin təşkilində məqsəd də ADY-nin sosial məsuliyyət tədbirləri çərçivəsində fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, cəmiyyətin bu kateqoriyadan insanlara diqqət və qayğısının artırılmasına töhfə verməkdir.

Üç gün davam edən sərgidə 30 əl işi nümunəsinin vağzalda satışına şərait yaradılıb. Sərginin sonunda yaradıcı əməyin stimullaşdırılması məqsədilə iştirakçılara Cəmiyyət adından təşəkkürnamələr təqdim olunub.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilən Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibovun yerinə təyinat olub.

Qaynarinfo xəbər verir ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsi Elmir Ağayeva həvalə edilib. O, həmin şöbədə müdir müavini vəzifəsində çalışır.

Məlumata görə, Anar Kərimov sözügedən hadisələrdə nöqsanlara yol verən bir neçə vəzifəli şəxsi də işdən azad edib və bəzilərinə töhmət verib.

Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətindən sorğuya cavab olaraq Elmir Ağayevin şöbə müdirinin əvəzedicisi təyin edilməsi təsdiqlənib.

DTX-nin əməliyyatlarından sonra nöqsanlara yol verən bir neçə vəzifəli şəxsin işdən çıxarılması və bəzilərinə töhmət verilməsi barədə suala isə konkret cavab verilməyib.

Qeyd edək ki, İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.

Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələlxüsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırılırlar.

Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsənilməsi halları üzə çıxır.

Bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.

1. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

2. Mənsur Əsgərov

Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M. Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.

3. Rafael Əliyev

Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

4. Səlim Müslümov

2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.

5. Vilyam Hacıyev

İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğu məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazid əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

6. Alimpaşa Məmmədov

Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.

7. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.

8. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Bir çox dövlət qurumlarında, nazirlik və komitələrdə şənbə günü qeyri-iş günü hesab edilsə də, idarə və şöbə rəisləri, həmçinin bəzi əməkdaşlar məcburi qaydada işə çıxarılırlar. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, belə olan halda həmin şəxslərə kompensasiya ödənilməlidir.

Amma nədənsə bu baş vermir. İşçilər isə işlərini itirmək qorxusundan hüquqlarının bu şəkildə pozulmasına etiraz edə bilmirlər.

Maraqlıdır ki, bu hal geniş yayılsa da, nədənsə Hesablama Palatasının hesabatlarında əks olunmur. Halbuki, Palata dövlət təşkilatlarında yoxlama apararkən, əməkdaşların davamiyyətini də yoxlayır.

Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, işçilərin qanunsuz olaraq iş saatından artıq işə cəlb edilib-edilmədiyinin araşdırılması Dövlət Əmək Müfəttişliyinin səlahiyyətinə aid məsələdir:

“Hesablama Palatasının konpetensiyasına aid deyil. Palatanın vəzifəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarət etməkdir. İşçinin kompensasiya ödənilmədən əlavə işə cəlb edilməsini yoxlamaq onların səlahiyyətinə daxil deyil”.

Həmsöhbətimiz bildirir ki, Dövlət Əmək Müfəttişliyi isə yoxlamalara moratorium qoyulması səbəbindən özünün bu funksiyanı icra edə bilmir:

“Dövlət qulluğu haqqında” Qanunda yazılır ki, ödəniş etmədən 5 saatdan çox olmayaraq ay ərzində işçini əlavə işə cəlb edə bilərlər. Amma bunun üçün həm işçinin özünün razılığı olmalı, həm də əmirləşdirilməlidir. Özü də bu zaman ödəniş ikiqat olmalıdır.

İşçiləri qeyri-rəsmi olaraq dövlət və ya kommersiya orqanlarında iş vaxtından artıq olmaqla işə cəlb etmək qanun pozuntusudur. Ona cavabdeh olan qurum isə Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Lakin yoxlamalara moratorium qoyulduğundan həmin qurum da yoxlama hüququna malik deyil”.

S.Məmmədov deyir ki, problemdən çıxışı yolu qanunsuz olaraq əlavə iş saatına cəlb edilənlərin şikayət etməsindən keçir:

“Bu fonda qeyri-iş günlərində məcburi qaydada işə cəlb edilənlər şikayət etməlidirlər. Amma sonrakı taleyini nəzərə alaraq bunu da edən demək olar ki, yox dərəcəsindədir. Çünki işdən çıxarıla biləcəyindən qorxurlar. Problem də burada qapanır”.

Əlilliyin qiymətləndirilməsinin yeni qaydaları qüvvəyə mindikdən sonra təyin olunan pensiyanın məbləği də dəyişəcək. Yəni pensiyanın məbləği orqanizmin funksiyalarının pozulması faizindən asılı olacaq.

 2023-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək yeni qaydalara əsasən, əlillik I, II və III qrup dərəcələndirilməsi əsasında aparılmayacaq.

Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov ''Xəzər Xəbər''ə deyib ki, yeni qaydalara görə əlillik orqanizm funksiyalarının pozulması faizinə uyğun təyin ediləcək. Yeni qaydalarda orqanizm funskiyaları 30 faizdən artıq pozulan şəxslərin əlilliyinin, xəstəliklərinin ağırlıq dərəcəsinə uyğun olaraq, 3 fərqli faiz aralığında müəyyən edilməsi nəzərdə tutulur.

Yeni qaydalara əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. Başqa sözlə, əvvəlki qaydalarda eyni əlillik dərəcəsi olan şəxslərin sığorta göstəricilərinə görə hesablanan pensiya məbləğləri eyni idi.

Ancaq yeni qaydalara görə, orqanizmin funksiyalarının pozulması faizi artdıqca şəxslərə ödənən pensiya məbləğləri də artacaq.

Xəbər lenti