Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü təşkil olunub.

Bir sıra sosial şəbəkə istifadəçiləri tiktokerlərin ali təhsil müəssisəsinə dəvət olunmasını tənqid edib.

Ölkə.Az müzakirələrlə bağlı UNEC-in mövqeyini öyrənib. Adıçəkilən universitetin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova saytımıza açıqlamasında bildirib ki, burada qınanılacaq hər hansı bir məqam yoxdur:

“Bizim tələbələrimiz gəncdirlər. Biz tələbə təşkilatlarına demişik ki, onların asudə vaxtlarını məhz tələbələrin maraq dairələrinə uyğun olaraq təşkil edin. Tələbə təşkilatları da tələbələr arasında sorğu keçirirərək, kimlərlə görüşlərin təşkil edilməsini istədiklərini soruşur. Təbii ki, bu görüşlər etik və qanun çərçivəsində baş tutur.

Universitetdə tələbələrimizlə görüşənlər arasında yazıçılar da var. Məsələn, bu onlar arasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bir sıra ictimai xadimlər, tanınmış şəxslər də yer alıb. Universitetimizdə tələbələrin Nobel mükafatçısı Əziz Sancardan tutmuş akademiklərə, ziyalılara qədər hər kəslə görüşü keçirilir. O cümlədən də tələbələrin maraq dairəsində olan blogerlər, tanınmış şəxslərlə görüşü təşkil olunur. Başa düşmürük ki, burada ictimai qınağa səbəb olacaq nə var. Gənclər imtahan verir, dərslərdə oturur, rəsmi tədbirlərdə iştirak edir. Onlar da imtahan verir, stres keçirir. Burada qeyri-etik və ya qınağa səbəb olacaq heç nə yoxdur. Bu görüşlər tələbələrin öz şəxsi təşəbbüsü əsasında keçirilir. Universitet həm də tələbələrindir. Biz onlara tam sərbəstlik vermişik. Kimlə görüş keçirmək istəyirlərsə, dəvət edirik. Tələbə “filan blogerlə görüşmək istəyirik” deyəndə, bizim tələbə təşkilatı da qarşı tərəflə əlaqə saxlayır, razılıq əldə olunduqdan sonra vaxt təyin edilir. Hansı tələbə istəsə, gəlib könüllü şəkildə həmin tədbirdə iştirak edir”.

E.Məmmədova həmçinin söyləyib ki, tələbələrin bloger və sosial şəbəkə fenomenləri ilə görüşü təkcə UNEC-də deyil, digər ali təhsil ocaqlarında da keçirilir:

“Həmin şəxslərin də kənarda pullu konsertləri, görüşləri, tamaşaları baş tutur. Tələbə təşkilatları da bunu onlar üçün ödənişsiz təşkil edirlər. Tələbə ancaq dərs oxumalı, rəsmi tədbirlərdə olmalı deyil, həm də əylənməlidir. Biz onlara opera, balet və tamaşalara da bilet alırıq. Eləcə də blogerlərlə görüşlər keçirilir.

Bu cür görüşlərdə onların çox izlənən videoları nümayiş etdirilir. Əgər tələbələri maraqlandıran suallar varsa, qonaq onu cavablandırır.

Belə görüşlər zamanı həm də gənclər bu şəxslərin real həyatda özlərini necə apardıqlarını da görmüş olurlar”, - deyə o əlavə edib.

Azərbaycanda ali təhsil müəssisələrinə tələbələrlə görüş üçün tiktoker dəvət olunub.

 Azərbaycanda prestijli ali təhsil ocaqlarından hesab olunan İqtisad Universitetində tiktok və instaqram sosial şəbəkələrində məşhur olan Nicat Şakirli, Zaur İskəndərov və digərləri dəvət olunub.

Onların tələbələrlə görüşü birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçisi sosial şəbəkə fenomenlərinin təlbələrlə görüşünün təşkil edilməsinin doğru olmadığını bildiriblər.

 

Dekabr ayının ilk ongünlüyündən ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslər müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, ölkədə tutqun-buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir.

O qeyd edib ki, keçən ilin müvafiq dövründə havanın temperaturu xeyli yüksək olub, cəmi 2 gün yağış qeydə alınıb: “Bu il Mərkəzi Rusiyanı əhatə edən çox soyuq Sibir antisiklonunun cənub-şərqə hərəkəti ölkəmizdə də hava şəraitinə öz təsirini göstərib, temperaturun iqlim norması ilə müqayisədə 4.7 dərəcəyədək enməsinə səbəb olub. Atmosfer təzyiqi 777 mm civə sütunu olub ki, bu da normadan xeyli yüksəkdir”.

Xidmət rəisi bildirib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti, Şahdağda isə 17 dərəcəyədək şaxta olub:

"Müqayisə üçün qeyd edək ki, son illərin müşahidə məlumatlarına əsasən, Bakıda və Abşeron yarımadasında dekabr ayı ərzində havanın minimal temperaturu 2016-cı ildə 4.2 dərəcə şaxta olub. Dekabr ayının ötən 8 günü ərzində artıq bəzi rayonlarda yağıntının miqdarı hətta aylıq normanı aşıb, Tovuzda 146 faiz, Beyləqanda 108 faiz, Lerikdə 100 faiz təşkil edib. Bakıda və Abşeron yarımadasında 16 mm yağıntı düşüb, bu da yarımaylıq normaya yaxındır. Düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 83 faizədək, Daşkəsən-Gədəbəydə 90 faiz, Balakən-Şəki zonasında 65 faizədək, Quba-Xaçmazda 70 faizədək, Mərkəzi Aran rayonlarında 66-90 faiz, Lənkəran-Astara zonasında aylıq normanın 73 faizinədək olub”.

U.Tağıyevanın sözlərinə görə, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, dayanıqlı qar örtüyü əmələ gəlib: "Qar örtüyünün maksimal hündürlüyü dekabrın 7-də Daşkəsəndə 13 sm, Şuşada 15 sm, Altıağacda 11 sm, Laçın, Xocavənd, Kəlbəcər və Göygöldə 10 sm, Şəkidə 8 sm, Qaxda 6 sm, Lerikdə 5 sm, Gədəbəy, Qubada 3 sm, Ağdərə (Ordubad), Şamaxı, Şahdağ, Qrız, Xaltanda 2 sm, Qusar, Yardımlı, İsmayıllı, Qobustanda 1 sm olub. Həftənin sonunadək paytaxtda tutqun, arabir yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Ölkənin əsasən şərq rayonları hazırda Qazaxıstanın soyuq antisiklonunun təsiri altında olacaq, buna görə də hava şəraiti tutqun, fasilələrlə yağıntılı keçəcək”.

Qarşıdan hər kəsin böyük sevinclə qeyd etdiyi Yeni il bayramı gəlir. Bu münasibətlə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, bəzən insanların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibəti sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha xatırladır:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:

- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Həmçinin bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Azərbaycanda dekabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

Sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq.

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

hh

"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun km 21-ci km-də yerüstü piyada keçidinin inşası davam etdirilir. 

Layihə üzrə keçidin uzunluğu 45 metr, daxili eni 3.5 metr, pilləkənlərin eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Hazırda keçiddə montaj  işləri görülür və ümumilikdə 75% tikinti quraşdırma işləri başa çatdırılıb.  

Belə ki, avtomobil yolunun hər iki tərəfində piyada keçidinin dayaqları quraşdırılıb, Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı tikilib, hər iki tərəfdə liftlər üçün qəfəsələr(şaxta) tikilərək hazırlanıb, metal konstruksiya əraziyə gətirilmiş və quraşdırılma işlərinə başlanılıb, piyada keçidinin elektrik enerjisi ilə təmin edilməsi işləri davam edir.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağınıntəhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək

Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Agentlik tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46.9-cu km-lik hissəsində də yeni piyada keçidinin inşası aparılır. 

YOLUNUZ AÇIQ OLSUN... 

hh
hh
hh
hh
hh
hh

Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülər yayılıb.

Sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia edilib ki, bloqer Elçin Ləmbəranski onun pul toplamasına şərait yaradıb və vətəndaşlara çağırış edib. 

Məsələ ilə bağlı E.Ləmbəranski açıqlama verib. O qeyd edib ki, metronun qarşısına balaca qız üçün keçirilən yardım kampaniyasına qatılmağa gedib: “Birincisi, o qazini mən tanımıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu oğlan da oradadır. İkincisi, mən Mələk balamızın anasına tapşırmışam ki, sabahdan bu qazi sənin yanında formada dayanmasın”. 

Görüntülərlə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib: “Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir. Yardımdırsa, yardım toplama forması bu deyil. Məsələ araşdırılır”.

Müalicədə təsirli olan dərman vasitələrinin tapılmaması və bahalığı xəstələr üçün sıxıntılar yaradır.

“Bunu deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin tapılmaması və bahalığının qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi tələb olunur.

“Dərman vasitələrinin tapılmaması və bahalığının yaranmasının 3 əsas səbəbi var. Bunlardan ikisi beynəlxalq, biri isə ölkədaxili məsələdir. Düzdür, aidiyyatı dövlət qurumları məsələnin ciddiliyini dərk edir, amma problem hələ də həllini tapmır”, - o qeyd edib.

Deputat əlavə edib ki, beynəlxalq praktikaya əsasən dərman vasitələri istehsalı, satışı ilə əsasən özəl şirkətlər məşğul olur, dövlət isə tənzimləyici rolunda çıxış edir.

“Ölkədaxili məsələyə gəldikdə, deyə bilərəm ki, qiymət artımı və problemləri ilə bağlı çevik reaksiya verilməməsidir. Çünki şirkətlər qiymət bahalığından dərman vasitələrini ölkəyə gətirmək istəyir, amma çətinlik çəkilər. Odur ki, məsələ həllini tapmalıdır”, - deputat qeyd edib.

Azərbaycanda quru sərhədlərinin açılmamasının səbəbi məlum olub.

Bu barədə Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov danışıb.

Onun sözlərinə görə, pandemiyanın səngiməsinə baxmayaraq, quru sərhədlərinin bağlı qalmasının bir sıra səbəbləri var. Bununla belə deputat sərhədlərin açılmasının anonsunu verib.

“Azərbaycanda quru sərhədlərinin bağlanması o zaman pandemiya ilə əlaqədar atılan addım idi. Bu gün sərhədlərin açılmasında əhalidən daha çox dövlət maraqlıdır. Çünki istənilən halda sərhədlərin bağlı olması iqtisadiyyata ziyan vurur. Amma sərhədlərin açılmaması o deməkdir ki, bunun üçün səbəblər var. Bu, ilk növbədə dünyada baş verən mürəkkəb proseslər fonunda milli maraqlarımıza xələl gətirilə biləcək halların qarşısının alınması üçün vacibdir. Mövcud reallıqlarda bütün risklərin qiymətləndirilməsinin nəticəsi olaraq sərhədlərin bağlı olması zərurətdən doğan addımdır.

Yenə də qeyd edirəm ki, Azərbaycan özü sərhədlərin açılmasında maraqlıdır. Sərhədlər açılacaq, buna şübhə yoxdur. Bu gün biz görürük ki, Çində də yoluxma artıb. Yenidən hər hansı məhdudiyyətin tətbiq olunması insanlarda qıcıq yaradır. Ona görə də məhdudiyyətlərin ləğv edilib, yenidən bərpası düzgün olmazdı. Sərhədlərin açılmamasının səbəbi dünyada və regionda gedən geosiyasi vəziyyət, eyni zamanda pandemiyadır. Ümid edirik ki, bu vəziyyət tezliklə dəyişəcək və sərhədlərimiz açılacaq”, - deyə deputat vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın quru sərhədləri pandemiya səbəbindən 2020-ci ilin mart ayında bağlanıb. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.

Xəbər lenti