![]() |
|
Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, Günəşin səthində bir sıra aktiv oblastlarda güclü X sinif (radiodalğaların yayılmasına güclü maneələr yaradan) alışmaların baş verdiyi müşahidə olunub. Oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib. Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) 10-12 oktyabr tarixlərində Yerə çatacaq.
Günəş aktivliyinin 11-12 oktyabr tarixinədək yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır. Yaranan Günəş qasırğaları (S1-S2 - nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək, sonrakı periodda fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyacanlaşmış vəziyyətdə olacaq.
X1.8 alışması səbəbindən yaranan TKA planetlərarası fəzada saniyədə 1200-1400 km sürətlə yayılacaq, Yer yaxınlığında isə sürəti 600-700 km/s təşkil edəcək. Yaranmış bir neçə TKA hesabına Günəş küləyi zərbə keçidində olacaq. TKA-ların təsiri 10-12 oktyabr tarixlərində hiss ediləcək, oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsi ilə qeydə alınacaq.
Oktyabrın 10-11-də Yerin geomaqnit sahəsi həyəcanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasıının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər.
Bu gün Cəbrayılda ilk dərs günüdür.
“Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə dərslər başlayıb.
İlk dərs günündən fotoları təqdim edirik:
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
“Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, təsnifata dəyişiklik edilərək yeni ixtisaslar yaradılıb.
1. “I. “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” hissənin “030102 Kargüzarlıq” ixtisas qrupuna “Kargüzar” ixtisasından sonra “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis” ixtisası əlavə edilsin.
2. “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissə üzrə:
2.1. “030206 Qaz avadanlıqlarının təmiri və istismarı” ixtisas qrupuna “Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər” ixtisasından sonra “Qaz təsərrüfatı qurğularının istismarı” ixtisası əlavə edilsin;
2.2. “030208 İaşə xidməti” ixtisas qrupuna “Barista” ixtisasından sonra “Qida və içki üzrə nəzarətçi” ixtisası əlavə edilsin;
2.3. “030213 Bələdçilik” ixtisas qrupuna “Turizm təşkilatçısı” ixtisasından sonra “Turizm bələdçiliyi” ixtisası əlavə edilsin;
2.4. “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Avtomatika üzrə usta” ixtisasından sonra “Robototexnika” ixtisası əlavə edilsin;
2.5. “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Kompüter ustası” ixtisasından sonra “Veb proqram tərtibatçısı” ixtisası əlavə edilsin.
3. “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissə üzrə:
3.1. “030301 Bitkiçilik” ixtisas qrupuna “Meyvə ustası” ixtisasından sonra “Bağçılıq və tərəvəzçilik” və “Aqronomluq” ixtisasları əlavə edilsin;
3.2. “030302 Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupuna “Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı” ixtisasından sonra “Aqrar (fermer) təsərrüfatının təşkili” ixtisası əlavə edilsin;
3.3. “030307 Meliorasiya və və çilingər işləri” ixtisas qrupuna “Suvarma sistemlərinin operatoru” ixtisasından sonra “Su təsərrüfatı qurğularının istismarı” ixtisası əlavə edilsin;
3.4. “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Üzlükçü dizayner” ixtisasından sonra “Mebel dizayneri” ixtisası əlavə edilsin.
4. “IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissəyə aşağıdakı məzmunda “030433 Geomatika” ixtisas qrupu əlavə edilsin:
5. “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissə üzrə:
5.1. “030601 Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı” ixtisas qrupuna “Aviasiya yanacaq-sürtkü materiallarının texnoloji avadanlıqları üzrə mexanik” ixtisasından sonra “Dronların texniki xidməti və təmiri üzrə texnik” ixtisası əlavə edilsin;
5.2. “030616 Hərəkət tərkibinin təmiri və xidməti” ixtisas qrupuna “Dəmiryol stansiyası və keçidi növbətçisi” ixtisasından sonra “Qatar elektromexaniki” ixtisası əlavə edilsin;
5.3. “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil mexatronikası üzrə texnik” ixtisasından sonra “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik” ixtisası əlavə edilsin;
5.4. aşağıdakı məzmunda “030635 Hava nəqliyyatı vasitələrinin texniki vəziyyəti” ixtisas qrupu əlavə edilsin:
6. “VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” hissənin “030802 Çörək məmulatlarının hazırlanması” ixtisas qrupuna “Xəmir qəlibçisi” ixtisasından sonra “Çörək və unlu qənnadı məmulatlarının texnologiyası” ixtisası əlavə edilsin.
Bakıda tıxac olan yollar açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsinə təklif olunan yeni 104-1 (Ekosid) maddəsində əksini tapıb.
Layihəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edilib ki, bu Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilir.
Layihə ekosistemin mühafizəsinin gücləndirilməsi və ekoloji cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur.
Layihəyə əsasən, Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Bu dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklik, "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 santimetrdən aşağı olmayan mütənasib bədən quruluşlu 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) oktyabrın 7-dən oktyabrın 19-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.
Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti;
- bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsi (Sumqayıt şəhər 11-ci mkr Üzeyir Hacıbəyov küçəsi 1. Sumqayıt Dəmir yol vağzalının yanı). Tel: (012) 435-32-71.
Oktyabrın 7-dən oktyabrın 19-dək təyin olunmuş günlər (şənbə və bazar günləri istisna olmaqla digər günlərdə) saat 14:00-dan 18:00-dək müraciət etmək olar.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.
"Ali təhsil müəssisələrimizdən çox uzun bir müddət gözlənilən tələb əmək bazarlığına kadr hazırlığıdır. Faktiki olaraq ali təhsil müəssisələrinin böyük əksəriyyəti institut adlandırılıb. Tədqiqat və patentləşmə onların qarşısında tələb kimi qoyulmayıb".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. O, bilik və bacarıqları kommersiyalaşdırmağın əhəmiyyətindən danışıb:
"Bizim mühitdə kommersiyalaşdırma bacarığı yoxdur. Bir çox hallarda elm adamları "niyə öz elmi nailiyyətini kommersiyalaşdırmalıdır?" sualının cavabını bilmir və buna ehtiyac duymur. Türkiyədə isə alimin öz bacarıqlarını maliyyəyə çevirmək mövqeyi var. Məsələ bilik və bacarıqdabən daha çox məhz münasibət məsələsidir.
Güman edirik ki, bunun üçün qısa yol var. Bu yol kəlayihələr və s. formatında ola bilər.
Bunlardan ən böyük sərmaye xaricdə təhsil istiqamətində görülən işlərdir.
Bu il 500-ə yaxın tələbənin xaricdə təhsil almaq imkanı var. Birmənalı olaraq bu geridönüş uzunmüddətli düşüncə dəyişikliyinə töhfə verəcək.
Tələbələr artıq tələbə olduğu dövrdə iş axtaran yox iş yaradan istiqamətdə yetişsinlər.
Düşünürəm ki, bu istiqamətdə də irəliləyiş var. 300-ə yaxın tələbə startapları var və 3000-ə yaxın insan "Sabah" təşəbbüsü çətiri altında çalışırlar.
Bu startaplar 8.5 miıyon manat dəyərində kənar sərmaye cəlb edə biliblər".
Son zamanlar ölkədə qrip və soyuqdəymə halları artıb.
Xəstəlik özünü yüksək hərarət, titrətmə, boğaz ağrıları, zəiflik, öskürək, başağrısı ilə göstərir.
Bəs görəsən buna səbəb nədir? Qriplə effektiv mübarizə üsulları necə aparılmalıdır?
Həkim Şəlalə Nuriyevanın sözlərinə görə, qrip infeksiyasından əsasən vaksin vasitəsilə özümüzü qoruya bilərik:
"Tez-tez xəstələnən uşaqlara, böyrək çatışmazlığı, şəkər, astma, ürək, ağciyər xəstələrinə, 65 yaşından böyük şəxslərə də vaksin olunmaq tövsiyə edilir. Qrip vaksini bizi xəstəliyin ağırlaşmasından qoruyur, yoluxma riskini azaldır və xəstəliyin daha yüngül əlamətlərlə müşahidə edilməsinə şərait yaradır. Eyni zamanda xəstələrə xüsusi qoruyucu maska taxmağı, insanların sıx olduğu yerdən uzaq durmağı məsləhət görürük".
Ətraflı Baku TV-nin süjetində:
“Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyindən narazıyıq. Heç bir əsaslı səbəb olmadan bağçanın müdiri Afaq Fatapur tərəfindən işimizə xitam verilib”.
Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən müəssisənin bir qrup işçisi müraciət edib.
10 ildir bağçada tərbiyəçi işlədiyini deyən Aygül Rəhimovanın iddialarına görə, A.Fatapur heç bir töhməti olmadan işinə xitam verib: “Mənə heç bir xəbərdarlıq edilmədən, ən əsası Həmkarlar Sədrinin xəbəri və rəyi olmadan qanun pozuntusuna yol verərək işimə xitam verilib. Buna səbəb onun qanundankənar işlərə cəlb etmək istəyini rədd etməyimdir. Bağçanın müdiri bizləri işimizlə hədələyir, qapını bağlayaraq işə buraxmır və yalandan davamiyyəti pozduğumuzu iddia edir”.
Tərbiyəçi deyir ki, müdir uşaqların və işçilərin gözü önündə onu təhqir edir: “Haqqımız olan məzuniyyəti bizə vermir. Yaşadığımız bütün problemlərlə bağlı Ağstafa rayon Təhsil Sektoruna və Qazax Tovuz Regional Təhsil İdarəsinə şikayətlərimizi rəsmi formada bildirmişik. Hazırda iş məhkəmədədir”.
Şikayətçi bağçada uşaqlar üçün yemək çatışmazlığı kimi problemlərin də olduğunu bildirir: “İşçilərə məcburi olaraq bağçada artıq uşaq sayı yazdırırlar, nəticədə daha çox ərzaq gəlir, ancaq bunu aşpazla mənimsəyirlər”.
Aygül Rəhimova saytımıza göndərdiyi videoda bağçada beş uşağa cəmi bir boşqab makaron və 3-4 dilim ağ pendir verildiyini, bunu azyaşlılar arasında bölməyin çətin olduğunu vurğulayıb:
Həmin bağçanın təsərrüfat müdiri Lətafət Əsgərova, dayə Səidə Məmmədova, mövsümi ocaqçı Gülnur Quliyeva da saytımıza şikayətlərində bənzər problemlərlə üzləşdiklərini iddia edirlər. L.Əsgərova bildirir ki, onun bütün səlahiyyətləri əlindən alınıb: “Müdir imzamı kopyalayaraq ərzaq və inventarları özü qəbul edir və aşpazla mənimsəyir. Qəbul edilən ərzaqlardan xəbərim olmur. Buna etirazımı bildirdiyim üçün məni işimlə hədələyir və təhqir edir”.
S.Məmmədovanın sözlərinə görə, işdən səbəbsiz yerə çıxarılmaqla hədələnir: “Müdir Afaq Fatapurdan şikayətçiyəm. Məzuniyyətdən qayıdan kimi, mənə kobud ifadələr işlədir, şərəf və ləyaqətimi alçaldaraq işdən çıxaracağını bildirir. Səbəbini soruşduqda isə özünün belə istədiyini söyləyir. Dəfələrlə etiraz etməyimə baxmayaraq, işimlə hədələyir. Bu təzyiqlərə dözməyərək bağçada halım pisləşib və iş yoldaşlarım tərəfindən təcili tibbi yardım çağırılıb, məni Ağstafa Rayon Xəstəxanasına yerləşdiriblər”.
Gülnur Quliyeva isə deyir ki, bağçanın müdiri mövsüm bitdikdən sonra artıq ona işə gəlməməyi tapşırıb: “Gələn mövsümdə mənə ocaqçılıq vəzifəsini verməyəcəyini söylədi. Buna səbəb mənim 65 yaşı tamam olub əmək məzuniyyətinə çıxan texniki işçinin yerinə vakant yer tələb etməyimdir. Nəinki vakant yer vermək, ocaqçılıq vəzifəmi belə əlimdən alaraq səsinin tonunu qaldırıb mənə bir daha bağçaya gəlmə dedi”.
Sadalanan iddialarla bağlı bağçanın müdiri Afaq Fatapurla əlaqə saxladıq. O, saytımıza açıqlamasında haqqında deyilənləri təkzib etdi: “Bu barədə heç bir şey demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, şər-böhtandır. Onların əl atmadığı iş qalmayıb. Yalan məlumatlardır, bununla bağlı mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.
Bağça müdiri əməkdaşlarının işinə xitam verilməsi ilə bağlı sualımızı cavablandırmaq istəmədi.
İttihamlarla əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinə də sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisəsi hazırda təmir üçün bağlıdır: “Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmir olunması əsas prioritetlərimizdəndir.
Bildiririk ki, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Sözügedən körpələr evi-uşaq bağçası 16.09.2024-cü il tarixindən təmirə bağlanıb. Təmirlə əlaqədar olaraq təlim-tədris prosesinin fasiləsizliyini təmin etmək üçün körpələr evi-uşaq bağçası müvafiq təşkilatlarla razılaşdırılmaqla müvəqqəti olaraq qəsəbə ərazisindəki başqa tikiliyə köçürülüb.
Məktəbəqədər təhsil müəssisəsi haqqında səsləndirilən digər iddialarla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, Afaq Fatapurun adı həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işində də hallanıb. İş üzrə şahid qismində tanınan RİH-in başçısının müavini Lalə Eyyubova istintaqa verdiyi ifadəsində bildirib ki, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından da vəzifədə saxlanılmasına görə 2 000 manat rüşvət alıb.
Fidan Etibar