![]() |
|
Mərdəkan şosesində AYNA tərəfindən üfüqi nişanlanma xətləri təşkil edilib,
Qurumdan veriləm məlumata görə, yolda mövcud olan "1.3" nişanlanma xətti silinib.
Dövlət qurumu sürücülərə həmin ərazidən keçərkən diqqətli olmalarını məsləhət görür.
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından dörd il ötür.
Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.
Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.
Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Dövlət büdcəsi Milli Məclisə təqdim olunub. İnsanları ən çox maraqlandıran məsələ minimum əmək haqqının neçə faiz artacağıdır.
Mövzu ilə bağlı big.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən minimum əmək haqqı artırılacaq. Hardasa 10 -15 faiz artırılması ehtimal olunur. Noyabrın əvvəlində əmək haqqının neçə faiz artdığını dəqiq biləcəyik:
"Dövlət büdcəsi təqdim olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların əmək haqqının artımı nəzərdə tutulub. Yanvarın 1-dən minimum əmək haqqı artırılacaq. Hardasa 10 -15 faiz artırılmasını gözləyirəm. Vahid tarif cədvəli ilə əmək haqqı alan şəxslərin də maaşı avtomatik qalxmış olacaq. Bütün bunların hamısı dövlət büdcəsindən maaş alanlar üçündür. Özəl sektorda mimum əmək haqqı alan şəxsləri maaşı artacaq. Bu, məcburidir. Amma özəl sektorda nisbətən yuxarı əmək haqqı alan şəxslərdə artım olmayacaq. Noyabrın əvvəlində əmək haqqının neçə faiz artdığını dəqiq biləcəyik. Ona görə də vahid tarif cədvəli ilə əmək haqqı alan şəxslərdə artım olacaq. Vahid tarif cədvəli ilə əmək haqqı almayan şəxslərin də hökumət prezidentin fərmanı ilə maaşında artım edəcək. Çünki dövlət büdcəsindən hər hansı qismin artıb hansınınsa artmaması gözlənilən deyil. Amma ümumi şəkildə bunun özəl sektora təsiri belə olacaq ki, mimum əmək haqqı alan şəxslərin maaşına birbaşa təsir olacaq. Digərlərinə təsiri isə dolayı yolla bilər. Amma birmənalı olaraq özəl sektor mimimum əmək haqqı tələbinə tabe olmalıdır. 700-800 manat verdiyi işçinin əmək haqqını qaldırmağa məcbur deyil".
Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər
Bu barədə İKT üzrə mütəxəssisi Osman Gündüz Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq etməsi ilə bağlı qərarını şərh edərkən bildirib.
"Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.
Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər.
Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar", - ekspert bildirib.
O.Gündüzün sözlərinə görə, bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir.
"Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər", - o deyib.
"Dövlət və ya özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq təhsildə dövlət nəzarəti daim olmalıdır. Bu müəssisələrdə həm məzmun, həm də tədris baxımından tədrisə dövlət nəzarəti həyata keçirilir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində" mövzusunda elmi praktik konfransda çıxışı zamanı deyib.
"Məzmun dedikdə Azərbaycan ümumi təhsilində dünyəvi təhsil və din haqqında təhsil modeli üzərində davam edirik. Yəni ayrı-ayrı dinlər haqqında Azərbaycan vətəndaşlarına müxtəlif biliklər ötürülür. Bu isə "Həyat bilgisi" fənni çərçivəsində ayrı-ayrı standartlarda öz əkisini tapıb. Eyni zamanda digər önəmli məsələ sinif otağında müəllimin fəaliyyəti və uşaqlarla olan ünsiyyətidir. Buna faktiki nəzarət etmək daha çətindir. Çünki sinif otağının qapısı bağlıdır. Burada çox önəmli məsələ valideynlərin və ictimaiyyətin də nəzarərində olması olduqca vacibdir. Sinif otaqlarında dini təhsil və ya dini təhsil adı altında nə baş verə bilərsə bununla bağlı dövlət müvafiq qaydada xəbəri olmalıdır. Azərbaycan məktəbləri bu və ya digər niyyətə xidmət edən dini mesajlarla dövlət standartlarını tədris edən bir yerdir. Bunu xüsusi vurğulayım ki, tədris Azərbaycan məktəblərində ayrı-ayrı şəxslərin şəxsi fikirləri əsasında yox, məhz dövlətin müəyyən etdiyi standartlar əsasında aparılır və aparılmalıdır",- deyə nazir söyləyib.
Mərkəzi Nəbatat Bağında təmir-yenidənqurma işləri başa çatmaq üzrədir.
Bu barədə Ölkə.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, işlərin qısa müddətdə, keyfiyyətlə bitirilməsi məqsədi ilə əlavə işçi qüvvəsi cəlb edilib və təcrübəli landşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən yaşıllıq işlərinin aparılması nəzarətdə saxlanılır.
Mərkəzi Nəbatat Bağının ayın sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. Bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib. Parkda müasir tipli oranjereyaya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib. Yerdən 3 metr hündürlüyündə əlillər üçün müəssər körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.
"Dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır".
"Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
O bildirib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar.
Azər Badamov hesab edir ki, qaz limitinin indiki formada tətbiq edilməsi xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə daha çox təsir edir. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir.
Tarif Şurasından bildirildi ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
Dağlı daha ətraflı "Xəzər Xəbər"in videosunda:
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BMW markalı gəlin maşınının toy karvanında iştirak edən “VAZ-21015” markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini 73 yaşlı Xudiyev Əzizağa ölüb.
Bir qədər əvvəl də oxşar hadisə eyni rayonda baş vermişdi. Təəssüf ki, xüsusilə rayon və kəndlərdə toy karvanları ölüm saçır. 10-15 maşınla gəlin gətirmək problem yaradırsa, bundan insanlar zərər görürsə, ölüm halı olursa, aidiyyəti qurumlar hərəkətə keçməlidirmi?
Polis məhdudiyyət tətbiq bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, toy karvanları ilə bağlı uzun müddətdir müzakirələr gedir və bu məsələ narahatlıq doğuran bir həddə çatır.
Onun fikrincə, məsələ ilə ciddi formada məşğul olmaq lazımdır:
“Bunun qarşısını almaq lazımdır. Vətəndaşlara desən ki, xahiş edirik, belə yox, elə olsun, əməl etməyəcəklər. Nəzarət, ciddi cəza mexanizmi və s. məsələlər olmayınca, heç kim qayda-qanuna əməl etmək istəmir. İllərdir vətəndaşlara müraciət olunur ki, toy karvanlarında altıdan çox maşın olmasın, diqqətli olun, qayda pozmayın, amma eşitmirlər, başa düşmürlər. Eşitsələr də əməl etmirlər. O zaman çarə qalır inzibatçılığa. Bu günə qədər deyilirdi, küçəyə zibil atmayın, atırdılar, avtobus zolağına girməyin, girirdilər. Cərimə tətbiq olunub deyə, indi qaydalara əməl etməyə başlayıblar. Deməli, nə lazımdır? Ağır cərimə. Hər bir rayonun, kəndin ağsaqqalı, böyüyü, sahə müvəkkili, polisi var. Toy olanda ilk polisin xəbəri olur ki, filan kənddə toy olacaq. Vaxtında yaxınlaşmaq, ağsaqqallarla söhbət aparmaq olar ki, toy karvanında bu qədər maşın olsun, əlavə maşın olsa, cəzası var və s. Lakin buna mütləq qanunvericilik səviyyəsində baxmaq lazımdır”.
Ekspert deyib ki, toy karvanın qanunla qadağan olunmasa, nəticə əldə etmək olmayacaq:
“Çünki sözlə deyilsə, konstitusiyadan bir müddəa tapıb göstərəcəklər ki, burada belə yazılıb axı. Qayda pozurlar, sonra o məsuliyyətdən yayınmaq üçün hər varianta əl atırlar. İllər öncə videoçarxlar hazırlanmışdı və orada tövsiyə xarakterli məlumatlar verilirdi ki, toy karvanında 6 avtomobil olsun, maşınlar yalnız yolun sağ tərəfi ilə hərəkət etsinlər. Bəziləri də baxıb gülürdü ki, belə toy olar? Toyda gərək meymunluq edəsən, adam ölə, toy yasa dönə. Hə, o zaman həmin uşaqlar rahat olurlar. Mütləq cərimə tətbiq edilməlidir. Bu insanlar məsuliyyətlərini başa düşməlidirlər artıq”.
Elməddin Muradlının sözlərinə görə, bu, mənəvi bir məsələdir:
“Heç kimin ixtiyarı yoxdur ki, kiminsə toyunda kiməsə kədər yaşatsın. Baxın, 73 yaşında bir insan ölüb. Düzdür, hər kəsin bir qisməti var. Amma o adam başqa yerdə, başqa vaxt öz əcəli ilə ölə bilərdi. Lakin kiminsə səhvinə, kiminsə axmaq davranışına görə toy günü vay düşdü. Bu, kimə lazımdır axı? Artıq belə hal ənənəyə çevrilib. Get-gedə bu, daha pis məcraya yönəlir. Milli ruhda davranış göstərsinlər, gözəl rəqslər öyrənsinlər. Toyda nə özbaşınalıqdır, nə qudurğanlıqdır belə? Niyə insanlar bir-birinin xeyir işinə bədlik qatırlar? Hesab edirəm ki, məsələyə hüquqi cəhətdən yanaşmaq lazımdır. Qanunla qadağa olunduqdan sonra görəcəksiniz ki, bəli, artıq dəyişiklik oldu, adamlar öz çərçivələrinə qayıtdılar və məsələ həllini tapdı. Bu cür variantlarla problemin qarşısını ala və yaxşı nəticə əldə edə bilərik. İnsanlar da bir-birini öldürməkdən əl çəkərlər”.