![]() |
|
10:30
Uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım.
Axar.az xəbər verir ki, bu sözləri Unikal.org-a Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının keçmiş sədri Əli Əsgərov deyib.
Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib:
“Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
Əli Əsgərov Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun qardaşıdır.
Bakı Metropoliteni QSC rəhbərliyi “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradıb.
QSC-dən Axar.az-a verilən məlumata görə, stansiyada istedadlı gənclərə təmənnasız yardım məqsədilə yarmarka təşkil olunacaq.
Yarmarka dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında olacaq. “Əl işləri yarmarkası” adlandırılmış, sırf sosial yönümlü aksiya təmənnasızdır. Əsas məqsəd gənc istedadların bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.
Bakı Metropoliteni QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub. 21 ildir xarici işlər nazirinin müavini vəzifəsini tutan Xələfovun yeni vəzifəsi və onun burada hansı istiqamətdə fəaliyyət göstərəcəyi maraqlıdır.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnaməyə əsasən, Xələfovun səlahiyyətləri bundan ibarət olacaq:
5.9.1. Nazirlər Kabineti Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin müavininin, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;
5.9.2. Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, habelə Baş nazirin və onun müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin təşkilini təmin edir;
5.9.3. Nazirlər Kabineti Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün Baş nazirə təqdim edir;
5.9.4. Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının ünvanına daxil olmuş sənədləri və müraciətləri baxılmaq üçün Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinə (bölmələrinə) göndərir;
5.9.5. hüquqi aktların layihələrini razılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə göndərmək üçün Baş nazirə müraciət edir, rəy və təkliflər verilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərir;
5.9.6. Nazirlər Kabineti Aparatının strukturu və işçilərinin say həddi barədə Baş nazirə təkliflər verir;
5.9.7. Nazirlər Kabineti Aparatının müəyyən edilmiş strukturu və işçilərinin say həddi daxilində Nazirlər Kabineti Aparatının struktur bölmələrinin daxili strukturunu təsdiq olunmaq üçün Baş nazirə təqdim edir, habelə ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
5.9.8. Nazirlər Kabinetinin Aparatını təmsil edir;
5.9.9. Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil edir;
5.9.10. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının icrasını təmin edir;
5.9.11. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatlar alır;
5.9.12. Nazirlər Kabineti aktlarının layihələrinə viza verir;
5.9.13. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının rəsmi şərhini təşkil edir;
5.9.14. Əlaqələndirici və məşvərətçi orqanların işinin təşkilini təmin edir;
5.9.15. Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə müzakirə aparır;
5.9.16. Baş nazir tərəfindən vəzifəyə təyin olunmuş şəxslərin həvəsləndirilməsi və intizam tənbehi barədə Baş nazirə təkliflər verir;
5.9.17. Nazirlər Kabineti Aparatının fəaliyyətinə dair əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.9.18. Nazirlər Kabineti Aparatının işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, habelə işçilərin məzuniyyətləri, ezamiyyətləri və xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri həll edir, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir;
5.9.19. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında məxfiləşdirilməli məlumatların siyahısını təsdiq edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;
5.9.20. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir;
5.9.21. Nazirlər Kabineti iclasının gündəliyinin layihəsini formalaşdırır və müvafiq materiallarla birlikdə Baş nazirə təqdim edir;
5.9.22. Nazirlər Kabinetinin iclasına dəvət olunan şəxslərin siyahısını Baş nazirlə razılaşdırmaqla müəyyən edir;
5.9.23. Nazirlər Kabinetinin iclaslarında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlər, habelə səsyazma aparılması qaydasını müəyyən edir;
5.9.24. Nazirlər Kabineti iclaslarının və müşavirələrinin protokollarının Nazirlər Kabinetinin üzvlərinə, habelə digər şəxslərə iclasdan və ya müşavirədən sonra 2 iş günü müddətində göndərilməsini təmin edir;
5.9.25. bu Əsasnamə ilə, Baş nazirin və onun müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.
5.10. Nazirlər Kabineti Aparatının rəhbəri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini Nazirlər Kabineti Aparatının rəhbərinin müavini icra edir.
Qeyd edək ki, son 15 il ərzində Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsini Ağabala Hacıyev icra edib. Hacıyev dekabrın 3-də pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. 12 dekabrda isə Prezident ona Azərbaycan Respublikasının fərdi təqaüdünün verilməsiylə bağlı sərəncam imzalayıb.
Xələf Xələfov əslən Ermənistanın Krasnoselsk rayonundandır. Kiyev Dövlət Universitetində təhsil alan Xələfov 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi olub. 1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alan Xələfov 1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 2-ci katibi, 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq İdarəsinin rəisi kimi çalışıb. 1997-2018-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində fəaliyyət göstərib. Xələf Xələfov ictimaiyyət tərəfindən daha çox Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqlarda iştirakına görə tanınıb.
Qarşıdan gələn Yeni il bayramı ilə bağlı paytaxt Bakıda hazırlıq işləri görülür.
Trend-in məlumatına görə, Bakının müxtəlif yerlərində yolka ağaclarının quraşdırılmasına başlanılıb. Ənənəvi olaraq şəhərin ən hündür yolkası bu il də Azadlıq meydanında quraşdırılacaq.
Uzunluğu 37 metr (ulduz daxil), diametri isə 16 metr olan Yeni il ağacını artıq sözügedən yerdə quraşdırmağa başlayıblar.
İş icraçısının Trend-ə verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa, işlər vaxtında bitəcək və yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək.
Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Moldova xarici işlər və Avropa inteqrasiyası naziri Tudor Ulyanovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, E.Məmmədyarov bu səfərin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onun ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında mövqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.
Aparılan fikir mübadiləsi çərçivəsində tərəflər arasında siyasi-diplomatik, o cümlədən səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb.
İki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili, habelə ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye, energetika və nəqliyyat sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.
Görüş əsnasında tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə diqqət ayıraraq bu xüsusda qarşılıqlı dəstək yanaşmasının mövcud olduğunu məmnunluqla qeyd ediblər.
Tərəflər dünyada cərəyan edən proseslərin tənzimləməsi, o cümlədən mövcud münaqişələrin həlli baxımından beynəlxalq hüququn prinsiplərinə qeyd-şərtsiz riayət edilməsi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının rəhbər tutulması üzrə dəyişməz mövqeyə sadiq qaldıqlarını bir daha vurğulayıblar.
Görüşdə, həmçinin ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.
Tamerlan Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Axar.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Tamerlan Qarayev Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının 13.12.18-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Paris meri Ann İdalqo Strasburqda baş vermiş silahlı hücumda ölənlərin xatirəsinə Eyfel qülləsinin işıqlandırılması barədə göstəriş verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İdalqo bu barədə Tvitterdə yazıb.
Onun sözlərinə görə, qüllənin işıqlandırılması Strasburq sakinlərinin dəstəyi ilə olacaq. İşıqlandırma bu gün saat 00:00-da baş tutacaq.
Xatırladaq ki, ötən gün Strasburqda baş vermiş silahlı hücum nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Son günlərdə dövlət sərhədindən buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhədindən keçmələrinin qarşısı alınıb.
“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Anwar Johnynin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, dekabrın 4-də Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması, dekabrın 5-də Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, dekabrın 6-da Erbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Swar Solav Moohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.
Dekabrın 7-də Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Chaudhari Ravindrakumar Joitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə günə Suriyada Fərat çayının şərqinə əməliyyata start veriləcəyini açıqlamasına reaksiya verib.
“Qafqazinfo” xəbər verir ki, Penatqon həmin bölgəyə hər hansı bir hərbi müdaxilənin qəbuledilməz olduğunu açıqlayıb:
“Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı narahatlığına hörmət edirik. Lakin, Suriyanın şimali-şərqinə hərbi əməliyyat yolverilməzdir. Bölgədəki problemləri həll etmək üçün yeganə yol ABŞ və Türkiyə arasında danışıqlardır”.