Qafqaz Müsəlmanları İdarəsinin (QİMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

 

İdarənin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim!

Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, səylərimiz və qurbanlarımızın Allah dərgahında qəbul olunmasını diləyirik.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Peygəmbərimiz Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, imanlarının kamilləşməsinə xidmət edir.

İslami dəyərlərə önəm verən dövlətimizin yaratdığı şərait sayəsində bizə bu mübarək bayramı yüksək səviyyədə qeyd etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində ibadət və dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhuna Allahdan rəhmət diləyir, onun layiqli yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmlətmək, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza böyük qayıdışımız yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.

Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəziz, ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq, maddi və mənəvi cəhətdən yardımlaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirik. Qoy həmvətənlərimizin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Müsəlman ümmətinin ən böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət, qurban və dualarımızı qəbul etsin! Allah Vətənimizi hifz etsin! Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti