Heyvanlarla rəhmsiz davranan insanlar həbs edilməlidir.

Onlar üçün qanunla nəzərdə tutulan cərimə kifayət deyil.

Bu sözləri Axar.az-a hüquqşünas Mobil Vəkiloğlu bir neçə gün öncə Sumqayıtda naməlum şəxslər tərəfindən sahibsiz itin gözlərinin çıxarılması ilə bağlı danışarkən deyib. O bildirib ki, həmin şəxslər tapılaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Çünki heyvanlara qarşı qəddarlıq nümayiş etdirənlər cəmiyyət üçün də təhlükəlidirlər:

“İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz davranmağa görə yalnız 500 manat cərimə nəzərdə tutulub. Belə qəddar insanlar qanunla cərimələnsə də, bir çox hallarda əməllərinə davam edirlər. Hətta çoxlarını tapmaq olmur. Bu da onları qorxutmur və belələri həm heyvanlar, həm də insanlar üçün təhlükəyə çevrilə bilirlər.

Bir çox Avropa ölkəsində heyvan ölümünə görə cinayət işi açılır. Məsələn, İsveçdə meşədə aşkar edilmiş heyvan ölümünə görə cinayət işi başladılıb”.

M.Vəkiloğlu vurğulayıb ki, heyvanlara qarşı qəddarlığa görə həbsin müddəti hadisənin neçə dəfə təkrarlanmasına görə dəyişməlidir:

“Təklif edərdim ki, heyvanlara xüsusi qəddarlıqla yanaşan insanlara birinci dəfə törətdiyi halda 10 gün, həmin qəddarlığı təkrarladığı halda 30 gün müddətinə inzibati həbs verilsin”.

Qeyd edək ki, Sumqayıtda naməlum şəxslər sahibsiz küçə itinin gözlərini çıxararaq, onu yarımcan halda yaşayış bloklarından birinin girişinə atıblar. Heyvanı o vəziyyətdə bina sakinləri tapıb və onu dərhal Sumqayıt Baytarlıq İdarəsinə aparıblar. İlkin müayinədən sonra it reabilitasiya keçmək üçün Evsiz Heyvanların Müdafiə İctimai Birliyinin Mərdəkan qəsəbəsində yerləşən sığınacağına aparılıb.

Sumqayıt Baytarlıq Xidməti tərəfindən hadisəni törədən şəxsin tapılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti