İcazəsi olan 2 qadına karantin postunda cərimə yazıldı - DYP ARAŞDIRIR

Bakıdan Gəncəyə gedən şəxsləri Ələt postunda bir polis əməkdaşı buraxmasa da, növbə dəyişəndən sonra digər polis icazə verib. “Qafqazinfo”ya müraciət edən Vəfa İbrahimzadə bildirib ki, avsuqtun 23-ü günorta 13-14 radələrində Gəncəyə gedərkən Ələt postuna yaxınlaşıb: “Öz şəxsi maşınımla gedirdim, yanımda rəfiqəm Arzu Alışova da var idi. Hər ikimizin portaldan icazəsi, yəni ezamiyyəsi var. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Lakin həmin zaman postda xidmətdə olan polis əməkdaşına ezamiyyə vərəqini göstərsək də, bizə “icazənizin vaxtı bu gün bitib” deyib geri qaytardı. Həm də dedi ki, karantin qaydasını pozduğunuz üçün elektron formada hər birinizə 200 manat cərimə yazdım. Biz maşını Bakı istiqamətində saxlayıb mühasibimizlə danışan zaman 10 BA 947 nömrəli “VAZ” markalı avtomobil bizə yaxınlaşdı və sürücü dedi ki, “hərənizə 50 manat verin, sizi postdan keçirim”. Biz onunla razılaşmadıq və 102-yə zəng etdik. Oradan bizim ad-soyadımızı yoxlayıb dedilər ki, sizin icazəniz var. Biz təkrar posta yaxınlaşanda artıq növbə dəyişmişdi və başqa polis əməkdaşı var idi. O da sistemdə baxdı və dedi ki, icazəniz var, keçə bilərsiniz”. Bizi əsassız olaraq 3 saatdan çox postda saxladılar, amma həmin “VAZ” markalı avtomobil və sürücüsü 3 saat ərzində polislərin yanında dayandı və heç yerə getmirdi. Geri qaytarılan şəxslərə yaxınlaşıb onları pul müqabilində keçirməyi təklif edirdi”.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, həqiqətən də həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat cərimə yazılıb: “Protokolun hansı əsasla tərtib olunması araşdırılacaq. Əgər qanunsuz bir hal aşkarlanarsa, qərar ləğv olunacaq. Məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək”.

15 May 2025 ADY sərnişin daşımada sürətlə irəliləyir – İlk 4 ayda 3 milyonadək sərnişin!
15 May 2025 Sən də gələcəyin şəhər nəqliyyatını formalaşdıran komandanın bir parçası ol!
15 May 2025 Mayın 17-dən bu yol tam bağlanacaq
15 May 2025 Talaçaydan və Damarçın çayından sel keçir
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Xəbər lenti