Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü və uzaqgörən siyasət nəticəsində yardım alan ölkədən donor ölkəyə çevrilmiş Azərbaycanın beynəlxalq yardım siyasəti mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və müvafiq qurumların nəşrlərində geniş şəkildə işıqlandırılır.

 

Axar.az xəbər verir ki, İslam İnkişaf Bankının (İİB) cari ildə çap olunmuş “Qarşılıqlı əlaqə: Cənub-Cənub Əməkdaşlığı vasitəsilə İnkişaf” (Reverse Linkage: Development through South-South Cooperation) nəşrində ölkəmizin bu qurumla strateji tərəfdaşlığını əks etdirən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyası, strateji tərəfdaşlıq” başlıqlı məqalə dərc edilib.

Xalqımızın yardımsevərliyini əks etdirən məqalə ölkəmizin çoxtərəfli diplomatiyasının və beynəlxalq yardım siyasətinin növbəti nailiyyəti, həmçinin, yumşaq güc strategiyasının effektivliyinin daha bir uğurlu nümunəsidir.

Sözügedən məqalədə yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə malik olan ölkəmizin digər inkişaf etməkdə olan ölkələrlə təhsil, elm, informasiya və kommunikasiya texnologiyaları sahələrində öz nailiyyətlərini bölüşərək onların inkişafına töhfə verdiyi qeyd edilib və bu alicənab missiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) /AIDA/ aparıcı rolu vurğulanıb. Məqalədə AIDA və İslam İnkişaf Bankı (İİB) arasında strateji tərəfdaşlıq əsasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən göz əməliyyatları kampaniyasının birinci mərhələsi ərzində 300,000-dən artıq insanın müayinə olunduğu və 56,000-dən artıq insanın görmə qabiliyyətinin bərpa olunduğu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzindən olan həkimlərin bu əməliyyatlarda fəal iştirak etdiyi və öz təcrübələrini yerli mütəxəssislərlə bölüşdüyü əks olunub. Eyni zamanda, İİB-lə digər sahələrdə, o cümlədən ASAN Xidmət modelinin İslam ölkələrində təşviqi ilə bağlı əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcudluğu qeyd olunub.

Məqalənin tam mətnini buradan əldə etmək mümkündür.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti