Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, gələnlərin 31,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,2 faizini kişilər, 32,8 faizini isə qadınlar təşkil edib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3 faizi yanvar, 10 faizi fevral, 16,7 faizi mart, 13,2 faizi aprel, 12,6 faizi may, 16,2 faizi iyun, 20 faizi isə iyul ayında ölkəyə gəlib.

Cari ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1 faiz, Oman vətəndaşlarının sayı 16,5 faiz artıb. İrandan gələnlərin sayında 21,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 2,7 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4 faiz artaraq 355,3 min nəfər təşkil edib. Ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

Yeddi ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4 faiz artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 faiz çoxalaraq 614,2 min nəfər olub. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8 faizi dəmir yolu və avtomobil, 42,2 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.

Yeddi ayda 2,5 milyon Azərbaycan vətəndaşı xarici ölkələrə gedib

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 2 milyon 514,8 min nəfər olub. Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24 faizi İrana, 22,9 faizi Rusiya Federasiyasına, 15,2 faizi

Türkiyəyə, 1,4 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 2,1 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9 faizi kişilər, 32,1 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2 faiz, Gürcüstana gedənlərin sayı 0,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 5,5 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,9 faizi dəmir yolu və avtomobil, 19,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti