Dövlət Yol Polisi: “Rayon camaatı elə başa düşməsin ki...”

"Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək”. Bunu Qaynarinfo-ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev xüsusi karantin rejiminin uzadılması ilə bağlı qaydaları şərh edərkən deyib. Onun sözlərinə görə, əvvəlki qaydalara uyğun olaraq, rayonlardan Bakıya gediş-gəlişə icazə verilməyib:

"Qərarda göstərilir ki, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır. Bu o deməkdir ki, adı çəkilən rayonların vətəndaşları digər inzibati ərazilərə gediş-gəlişdə azaddır. Amma Bakı, Sumqayıt, Abşerondan rayonlara getməyə icazə yoxdur, müəyyən məhdudiyyətlər hələ qüvvədə qalır. Bu inzibati ərazilərdə tətbiq olunan məhdudiyyətlər hələ bir ay da qüvvədə olacaq. Rayon camaatı elə başa düşməsin ki, sərbəst şəkildə Bakıya gələ biləcək. Əhali nə Bakı, Sumqayıt və Abşerondan digər rayonlara buraxılacaq, nə də digər inzibati ərazilərdə yaşayanlar Bakı, Sumqayıt və Abşerona  buraxılacaqlar”.

Kamran Əliyev qeyd edib ki, yalnız istisna hallarda vətəndaşlar inzibati əraziyə buraxılacaq:  "Məsələn,  xidmət sahələri ilə bağlı ezamiyyətə gedib-gələnlər sərbəst şəkildə hərəkət edə bilər”.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılıb.

15 May 2025 Talaçaydan və Damarçın çayından sel keçir
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir

Xəbər lenti