Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu bağlanır.

Ölkə.Az xəbər verir ki, bu barədə İctimai vəkil Samir Zeynalov bildirib. O, qeyd edib ki, Neftçilər xəstəxanasından ezam olunmuş həkim-reanimatoloqlar reanimasiyanın şəraitindən xeyli narazı qalıblar.

"Ötən gün institutda aparılan yoxlamalar nəticəsində "Reanimasiya" şöbəsində xəstələrin oksigenlə təminatı ilə bağlı ciddi və arzuolunmaz problemlər aşkar olunub. Hər kəsə məlumdur ki, cari ilin yanvar ayından etibarən institutda, xüsusilə reanimasiya şöbələrində mövcud olan çoxsaylı problemlər barədə mətbuatda silsilə yazılarım, müsahibələrim dərc olunub.

Lakin institut rəhbərliyi dərc edilən faktları şər-böhtan adlandırır. TƏBİB isə araşdırma aparmaq marağında olmadan məntiqsiz və gülünc açıqlamaları ilə yadda qalırdı.

Zaman göstərdi ki, mən öz fəaliyyətimi həqiqətən faktlar, obyektiv araşdırma və haqq-ədalət prinsipləri üzərində qurmuşam. Nə mənim, nə də ki, bu haqq işində mənə dəstək olan azsaylı tibb işçisinin institut rəhbərliyinə qarşı qərəzli, kinli, ədalətsiz mövqeyi olmayıb.

Biz hər zaman milli təhlükəsizliyimizi, ümumxalq maraqlarımızı öz şəxsi mənimizdən, şəxsi maraqlarımızdan üstün tutmuşuq. İnstitutun direktoru Həqiqət Qədirovanın son zamanlar barəmdə etdiyi absurd şikayətlər də bir daha onu təsdiq etdi ki, onun fəaliyyəti haqqında qeyd edilən məsələlər acı və təhdid dolu bir reallıqdır.

Haqq-ədalət gec də olsa zəfər çalır. Ümid edirəm ki, institut rəhbərliyi yol verdiyi ciddi nöqsanlara görə qanun qarşısında cavab verəcək".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə açıqlamasında yayılmış məlumatla bağlı araşdırma aparıldığını deyib. 

Xatırladaq ki, S.Zeynalov Ağciyər Xəstəlikləri İnstitutunda  dəfələrlə vəziyyətin acınacaqlı olduğunu, hətta xəstəxana əməkdaşları arasında kütləvi yoluxmanın baş verdiyini də qeyd etmişdi: "Müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil".

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti