Naxçıvan Muxtar Respublikasında müəllimlər ilk dəfə test imtahanı verib.

 

Report-un məlumatına görə, imtahanda hər bir namizədə, ümumilikdə, 80 sual olmaqla, ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 test tapşırığı təqdim edilib. Sualları cavablandırmaq üçün isə 120 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi də aparılıb.

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini, yəni 48 balı, digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini, yəni 64 balı düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilib. Test imtahanı bitdikdən sonra isə iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim olunub. Keçid balını yığmaqla ən yüksək bal toplayan şəxs müvafiq vəzifəyə təyin olunacaq. İmtahanların nəticələri isə komissiyanın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə müsabiqə elan edilib. Müsabiqəyə 165 vakant vəzifə çıxarılıb. Həmin vəzifələrin tutulması üçün 527 namizəd sənəd təqdim edib. Onlardan 525 namizəd test imtahanına buraxılıb. Digər iki namizədin diplomlarının “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı üçün test imtahanına buraxılmayıb.

Muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilir.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti