Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin hədəfə alınması ilə bağlı Ermənistan XİN-in açıqlamasını şərh edib.

XİN-dən bildirilib ki, ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlaması, Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır:

“30 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycan irsinin bütün əlamətlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərindəki Azərbaycan tarixi və mədəni abidələrinin qəsdən məhv edilməsi siyasətini həyata keçirir.

Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri, eləcə də, ölkəmizin tarixi və mədəni irsinin mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə Ermənistan uzun müddətdir həyata keçirilən vandalizm siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi.

Mədəni müxtəlifliyin aydın və açıq şəkildə hiss olunduğu ölkələr sırasında olan Azərbaycan dini baxımdan dünyanın ən tolerant ölkələrindən biridir.

Azərbaycanın işğal olunmuş ərazilərində mədəni soyqırımı həyata keçirən, buradakı məscidlərini dağıdan və təhqir edən Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq ənənələrinin qorunmasına böyük əhəmiyyət verir və Bakının mərkəzində tam təmir edilmiş və dövlətin himayəsində olan erməni Müqəddəs Qriqori Kilsəsi bu siyasətin parlaq bir nümunəsidir”.

“Azərbaycan Silahlı Qüvvələri Hərbi Komandanlığının rəsmi elan etdiyi kimi, Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində əks hücum tədbirlərini beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirirlər.

Bir daha bəyan edirik ki, Azərbaycanın mülki əhali və obyektlərinə qarşı heç bir fərq qoymadan və qeyri-mütənasib hücumlar beynəlxalq humanitar hüquq normalarına əsasən müharibə cinayətləri sayılır, bu əməllərə görə Ermənistan məsuliyyət daşıyır; eyni zamanda, bu əməllər onları törədən cinayətkarların fərdi cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

Şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələri işğaldan azad olunan kimi burada Ermənistanın təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın bütün tarixi, mədəni və dini abidələri bərpa olunacaqdır”, - deyə məlumatda qeyd edilib.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti