Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin sənədlərini Fransa səfiri necə zəiflətdi” başlıqlı məqaləsi ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.

Konsulluqdan "Ölkə.Az"a bildirilib ki, məqalədə 25 noyabrda Kəlbəcərin 27 illik işğalına son qoyulmasından bəhs edilib.

N.Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu bildirib. O, bu xüsusda “Human Rights Watch” təşkilatının hesabatına istinad edərək, Kəlbəcərin işğalı nəticəsində 60 min insanın öz doğma torpaqlarından didərgin salındığını, onların ağır müharibə şaraitində və çətin hava şərtləri altında rayonu tərk etdiyini və çoxlu sayda mülki azərbaycanlının öldürüldüyünü və əsir götürüldüyünü vurğulayıb.

Kəlbəcərin işğalı ilə bağlı bu dəhşətli faktların sübutu kimi baş konsul bu yaxınlarında apardığı araşdırmalar zamanı ermənilər tərəfindən çəkilmiş bir videonu üzə çıxartdığını və videonun sosial şəbəkələrdə geniş yayıldığını qeyd edib. N.Ağayev bildirir ki, sözügedən videoda Kaliforniya doğumlu erməni terrorist Monte Melkonyan və onun əlaltıları gülərək və əylənərək Kəlbəcərdəki azərbaycanlı əhaliyə rayonu tərk etmək üçün 10 saat vaxt verdiklərini səsgücləndirici vasitəsilə bildirirlər.

N.Ağayev qeyd edib ki, Kəlbəcərin işğalından dərhal sonra, 6 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bu işğalı pisləyən və işğalçı qüvvələrin rayon ərazisindən çıxarılmasını tələb edən bəyanat qəbul etmişdi. O, bu yaxınlarda Klinton Prezident Kitabxanası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yayılmış, Dövlət Departamentinin məxfilik qrifi qaldırılmış məktublarına istinad edərək, həmin vaxt Fransanın BMT-dəki daimi nümayəndəsi Jan-Bernard Merimenin (Jean-Bernard Mérimée) Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin bəyanatının mətnində əhəmiyyətli dəyişikliklər etməyə nail olduğunu vurğulayıb. Belə ki, J.-B.Merime ABŞ-ın BMT-dəki səfiri M.Olbrayt və digər BMT TŞ üzvlərinin təklif etdikləri mətnə qarşı çıxaraq, işğalçı tərəf kimi Ermənistanın təqsirləndirilməsinin qarşısını hər vəchlə almaq üçün Kəlbəcəri işğal edən tərəf kimi sənədə “yerli erməni qüvvələri” ifadəsinin daxil edilməsinə nail olmuşdu. 30 aprel 1993-cü ildə qəbul edilmiş, Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinə də Merimenin səyləri nəticəsində eyni ifadə daxil edilmişdi.

Baş konsul bildirib ki, həmin dövrdə BMT Baş Katibinin Təhlükəsizlik Şurasına məsul köməkçisi erməni əsilli Benon Sevan idi. 2000-ci illərin əvvəllərində Sevan və Merime Səddam Hüseyn rejimindən rüşvət almaqda təqsirkar bilinib.

N.Ağayev Merimenin erməni təəssübkeşliyinin yarım milyonluq erməni icmasının mövcud olduğu Fransanın yürütdüyü diplomatiya ilə də həmahəng olduğunu bildirir. Baş konsul yazır ki, məhz bu səbəbdən Azərbaycan 1997-ci ildə Fransanın Minsk Qrupu həmsədrliyinə gətirilməsinə etiraz etmiş və Qrupda müəyyən tarazlığa nail olmaq üçün ABŞ-ın da həmsədr təyin olunmasına nail olub.

Erməni lobbisinin təkidilə Fransa Senatında qondarma “DQR”in “müstəqilliyi”nin tanınmasını hökumətə tövsiyyə edən qətnamənin qəbuluna toxunan N.Ağayev qeyd edir ki, belə bir tanıma ciddi beynəlxalq hüquq pozuntusu olmaqla yanaşı Fransanın Minsk Qrupundakı həmsədrliyi statusuna uyğun gəlməzdi. Baş konsul Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün öncə sosial şəbəkələrdə yayılan videosunda Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın ərazisi olduğunu bildirməsini də diqqətə çatdırır.

N.Ağayev əlavə edib ki, erməni lobbisi və onun havadarları nə qədər dəridən-qabıqdan çıxsalar da, həm Prezident Makron, ondan da öncə Prezident Putinin təkrar etdiyi sadə həqiqəti dəyişə bilməzlər: Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir!

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti