İşğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl kimi bir çox göllər mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir: 

“Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib. Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi 9,4 metrdir.

Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla, 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən göldür. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında suyun temperaturu 14-15 dərəcə olur”.

F.Mütəllimov bildirib ki, Böyük Alagölə yeddi çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır.

“Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən iki kilometr cənub-şərqdə yerləşir. Sahəsi 0,9 kvadrat metr, uzunluğu 2000 metr, maksimal dərinliyi dörd metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür.

Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyunun artmasında yeraltı sular müəyyən rol oynayır. Yay aylarında gölün suyunun səthində temperatur 14-16 dərəcədədən yüksək olmur. Suyu hidrokarbonatlı-kalsiumludur. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün səthi buzla örtülü olur”.

Nazirliyin əməkdaşı onu da bildirib ki, rayonun ərazisindən irili-xırdalı çoxlu çay axır, ən böyük çayları Tərtər və Xaçındır.

“Uzunluğu 200 kilometr olan Tərtərçay Kür çayının Azərbaycandan keçən hissəsində ən çox sululuğa malik qoludur. Mənbəyini dağ bulaqlarından götürür, əsasən, yeraltı sular hesabına formalaşır”.

F.Mütəllimovun sözlərinə görə, Kəlbəcər rayonundakı mövcud su ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti