Süpürgəçiləri avtomobil qəzalarından qorumaq üçün tətbiq edilən işarə yenidir və Yol Hərəkəti qanununda elə bir işarə yoxdur.

 

Bu sözləri Axar.az-a nəqliyyat və yol-hərəkəti üzrə ekspert Azər Allahverənov yollarda təmizlik işləri aparanları avtomobil qəzalarından qorumaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan yeni yol nişanı haqqında danışarkən bildirib.

A.Allahverənov deyib ki, qanunvericilikdə bu işarəni əvəz edəcək “nida” və “1.30” işarələri mövcuddur. Həmin işarələr də eyni mənanı verir, sürücüyə diqqətli olmağı məsləhət görür:

“Hətta yolda təmir aparılan zaman bunu göstərəcək xüsusi işarə də var. Ancaq mən tərəfdarıyam ki, küçə süpürgəçilərinin işlədiyi ərazilərdə üçbucağın içərisində “nida” işarəsi olan yol nişanı təbliğ olunsun. Düzdür, Bakı Şəhər İcra Hakimiyyətinin belə bir işarəni dövriyyəyə buraxmasını başa düşürük və məqsədini alqışlayırıq. Ancaq bu təşəbbüs bir tərəfdən dəstəklənirsə, digər tərəfdən də qanunvericiliyə uyğun olmalıdır. Qnunvericiliyə də uyğun olması üçün həmin nişan qanunvericilikdə olmalıdır və Dövlət Yol Polisi ilə razılaşdırılmalıdır”.

Ekspert bildirib ki, yeni işarə ilə bağlı konkret təlimat olmalıdır:

“Həmin bu nişan təkərlər üzərindədir, rahatlıqla daşına bilir. Deməli, bununla bağlı konkret təlimat olmalıdır. Kommunal strukturlar üçün konkret təlimat lazımdır ki, bu nişandan necə istifadə olunsun.

Mənim qənaətimə görə, bu nişan sürətin yüksək olduğu yollarda, ən azı 150-200 metr aralıda qoyulmalıdır ki, sürücü əvvəlcədən sürəti azaltsın. Ən azından bilsin ki, qarşıda belə bir təhlükə ola bilər.

Və ya bəzi yollarda müşahidə etmişəm ki, bir istiqaməti eyni anda bir neçə nəfər təmizləyir, biri süpürür, digəri yığır. Belə olanda artıq süpürgəçi yolu süpürdükcə, yanındakı digər şəxs də zaman-zaman işarəni daşısın, yerini dəyişsin.

Ancaq istənilən halda sözügedən işarə yol hərəkəti haqqında qanunda olmasa da, alqışlanmalıdır, təhlükəsizlik nöqteyi-nəzərindən tətbiqi yaxşıdır”.

Ekspert yeni işarənin təkərli olmasının hansısa təhlükəsinin olub-olmamasına da aydınlıq gətirib:

“Yeni yaradılmış bu yol nişanının təkərli olması yolda bəlkə bəzi məqamlarda təhlükə yarada bilər. Ancaq yenə də bunun üzərində konkret şəxslər, mühəndislər, texniklər düşünməlidir ki, necə etmək lazımdır ki, məsələn, onu külək aparmasın, avtomobillər üçün maneə yaratmasın. Ancaq yenə də xatırladım ki, bu müvəqqəti tədbirdir, həmişəlik deyil. Yaxın gələcəkdə yollarda xüsusi texnika işləyəcək”.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti