“Azərsu”yu kim “ziyana” salır?

 

“Azərsu” ASC-nin 2017-ci il hesabatı ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

qurum hesabatda bildirib ki, ötən il üzrə zərəri 508 milyon 350 min manat təşkil edib. Səhmdar Cəmiyyət həmçinin zərərin 2016-cı illə müqayisədə 104 milyon 571 min manat az olduğunu qeyd edib. Rəqəmlərə görə, ötən il "Azərsu"nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon 614 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata çatıb.

Qurumun cəmi aktivləri 694 milyon 439 min manat, cəmi kapitalı 61 milyon 360 min manat təşkil edib. ASC-nin kapitalı 2017-ci ildə bir il əvvəlki illə müqayisədə 300 milyon 42 min manat azalıb. Belə ki, 2016-cı ildə "Azərsu"nun kapitalı 361 milyon 780 min manat təşkil edib. 
Hesabat dövründə qurumun öhdəlikləri azalaraq, 2016-cı ildəki 970 milyon 125 min manatdan 755 milyon 799 min manata düşüb. 

 

Bu açıqlamanı iqtisadçı Natiq Cəfərli şərh edib və qurumun xərcinin niyə çox olduğunu göstərib: ““Azərsu”dan bəyan ediblər ki, suyu mayasından 2 dəfə ucuz satırlar deyə ziyanla işləyirlər. Amma bir Allahın qulu çıxıb demir ki, “Azərsu” maya dəyərini necə hesablayır?! Xəttləri büdcədən ayrılan pulla çəkirlər, “Azərsu” həm də dotasiya və vergi güzəştləri alır (vergi borcu tez-tez silinir) su da ki, havayı Kürdən axır, Qəbələ-Oğuz-Bakı kəməri ilə öz axarı ilə gəlir... “Azərsu” nədən ziyanla işləsin ki?! 

Səbəbini deyim. Mən özüm 3 il beynəlxalq layihə çərçivəsində “Azərsu”da işləmişəm, gördüyüm mənə bəs edər.

Burada 10 mindən çox işçi çalışır, çalışır deyəndə ki, bunun 2000-i işləyir, qalanları havayı maaş alır, əksəriyyət rəhbərliyin qohum-əqrabasıdır. “Azərsu”da Sədərək bazarında metri 80 qəpik olan şlanq 7 manata rəsmiləşdirilir, bir il ərzində təmir-tikinti işlərində olan yeyinti miqdarı Qızıl Ordanın Rusiyadan 300 ilə aldığı xəracdan da çox olur - bu yetim maya dəyəri şişməsin neyləsin?! 

İddia edirəm ki, Azərsuda normal, dürüst idarəetmə olsa suyun qiymətini aşağı salmaq, hətta gəlirlə işləyib büdcəyə yüklü miqdarda vergi də ödəmək olar”.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti