Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda qanunsuz tikililərin söküntüsünə start verib.

Bu işə ilk olaraq Xətai rayonundan (Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlığında) hasarlanmış ərazilərdən başlayıb.

Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən sözügedən ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Tikintilərlə bağlı qanun pozuntusu qeydə alınacağı təqdirdə tikililər söküləcək və məhkəməyə müraciət olunacaq.

Xətai rayon ərazisindəki qanunsuz tikililərin söküntü işlərinin Xətai RİH deyil, Bakı ŞİH-i tərəfindən aparılması ictimaiyyətdə maraq doğurub.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Axar.az-a bildirib ki, sözügedən ərazidə qanunsuz hasarlanmaların sökülməsi və parkların bərpası heç də təkcə BŞİH tərəfindən aparılmır. İki icra hakimiyyəti ərazidə birgə çalışır:

“Xətai rayonunda qanunsuz hasarların sökülməsi işləri Bakı Şəhər İcra Hakimiyyəti ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən birgə aparılır. Söküntü işlərinin aparılmasına səbəb hasarların qanunsuz olması deyil, estetik görkəminin kobudluğu ilə bağlıdır. Sözügedən obyektlərin qanunsuz olub-olmadığını yoxlamaq üçün isə araşdırma aparılır. Biz, yəni Xətai İcra Hakimiyyəti bu kimi işləri BŞİH ilə birgə həyata keçiririk”.

P.İmanov bildirib ki, obyekt sahibləri, vətəndaşlar bir çox hallarda apardıqları hasarlama zamanı kobud səhvlərə yol verirlər. Bu səbəbdən də İcra Hakimiyyəti müdaxilə etməli olur:

“Bəzən vətəndaş özünəməxsus ərazidə eybəcər formada hasarlama işləri aparır. Hətta bu yaxınlarda sakinlərdən biri elə hasarlama aparmışdı ki, avtobus dayanacağı hasardan içəridə qalmışdı. Belə olan halda söküntü aparmağa məcbur oluruq.

Hasarlama aparmaq texniki təhlükəsizlik baxımından doğru olsa da, bunu yöndəmsiz formada etmək olmaz.

Bəzən də vətəndaşlar qeyri-qanuni olaraq hasar çəkir. Bu cür yerləri sökürük, təmizləyirik və ilkin vəziyyətinə qaytarırıq”.

İcra nümayəndəsi P.İmanov onu da qeyd edib ki, son günlər aparılan sökünütü işləri zamanı heç bir ağac kəsintisi, yaşıllığa xələlgətirmə halı baş verməyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu dörd ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti