Cəmiyyətimizdə fiziki məhdudiyyətli insanların inteqrasiyasına və sosial reablitasiyasına dəstək olmaq məqsədilə çoxsaylı sosial layihələr reallaşdırmış Azercell Telekom bu sahədə daha bir xeyirxah və innovativ təşəbbüslə çıxış edir.

 

Axar.az xəbər verir ki, "Azercell"in Müştəri Xidmətləri mərkəzlərində əlillər üçün Q-matik aparatında xüsusi növbədənkənar düymə yerləşdirib. Şirkətin B.Bagırova 2 və Tağıyev 26A ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzlərinə müraciət edən xüsusi qayğıya ehtiyacı olan bütün əlil abunəçilər artıq bu imkandan yararlana bilirlər. Məlumat üçün deyək ki, B.Bagırova, 2 ünvanında yerləşən ofisdə bu yenilik artıq aprel ayından, Tağıyev 26A ünvanında yerləşən ofisdə isə iyun ayından tətbiq olunur və indiyə qədər 100-dən artıq fiziki məhdudiyyətli abunəçiyə xidmət göstərilib. Şirkət ilin sonuna qədər digər Müştəri Xidmətləri ofislərində də bu xidməti istifadəyə verəcək.

Qeyd edək ki, hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Azərbaycanda isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq qeydə alınıb. "Azercell" əlil uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir. Eyni zamanda Mobil Göz və Mobil Dİş Klinikaları vasitəsilə hər ay onlarla əlil vətəndaşlarımız pulsuz müayinə və müalicə edilir. "Azercell"in 2013-cü ildə Böyük Vətən, Əfqanistan və Qarabağ müharibəsi iştirakçıları üçün yaratdığı Veteran tarifi isə 40 minə qədər abunəçiyə güzəştli rabitə xidmətindən yararlanmağa imkan verir.

Ölkənin lider mobil operatoru Azercell Telekom öz sosial məsuliyyət strategiyasında insan həyatının keyfiyyətinin artırılması, texnnologiyalar vastəsilə insan həyatının asanlaşdırılması prinsiplərini əsas tutaraq bu sahədə təşəbbüs və layihələrini davam etdirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti