Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

Musavat.com xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilib.

Qeyd edək ki, bu dəyişiklik “təzə, yanvarın 1-dən iyunun 30-dək” və “digər” mal nomenklaturası üzrə idxala şamil olunur ki, burada da kartof və digər məhsullar nəzərdə tutulur. Qərardan sonra xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir.

Diqqətə çatdıraq ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən bu qərar verilib.

Yeni rüsumlar 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti