Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Lənkəran Şəhər və Masallı Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirələrdə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb.

 

Axar.az xəbər verir ki, tədbirlərdə DQİDK-nın, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Lənkəranda keçirilən seminar-müşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Taleh Qaraşov Lənkəranda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb, İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.

Qeyd olunub ki, hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişikliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.

Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderin ölkəmizdə formalaşdırdığı azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.

İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərini azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir. Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir. Müsəlman dünyasında Məhərrəm ayının başlanması və “Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının “Fətva” verdiyini deyən komitə sədri Məhərrəmlik mərasimləri zamanı “Fətva”nın müddəalarına ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olub.

Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu qeyd edən A.Paşazadə müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini söyləyib.

QMİ-nin Qazılar Şurasının “Fətva”sı barədə məlumat verən Şeyxülislam Allahşükür Paşazadə “Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını deyib.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət-ənənələrimizə ciddi riayət olunduğunu bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Həmin gün Masallıda eyni mövzuda keçirilən seminar-müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, DQİDK-nın sədri Mübariz Qurbanlı, QMİ-nin sədri Allahşükür Paşazadə, Masallı şəhərindəki “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov çıxış ediblər.

Müzakirələr zamanı dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə riayət olunması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Milli Məclisin deputatları Cavanşir Paşazadə və Nəriman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak ediblər.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti