Tez-tez Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühafizə olunan ərazilərdə qanunsuz ov edilməsi, yaşıllıqlara zərər verilməsi barəsində yayımladığı məlumatları oxuyuruq.

Çox vaxt belə hallar vətəndaşların məlumatsızlığı ucbatından baş verir. Əksəriyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə nələrin aid olduğunu bilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Kult.az-a verilən açıqlamada bu məsələyə aydınlıq gətirilib.

Belə ki, Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq, xüsusi mühafizə olunan təbiət əraziləri, dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları növlərinə ayrılır.

Xüsusi mühafizə olunan ərazilər milli parklar, təbiət parkları, ekoloji parklar, dövlət təbiət yasaqlıqları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar olaraq bölünürlər. Bura həmçinin, müalicə-sağlamlaşdırma yerləri və kurortlar da daxildir.

Dövlət təbiət qoruqları – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Təbiət parkları - xüsusi ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və istirahət (rekreasiya) məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir.

Dövlət təbiət yasaqlıqları – təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.

Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir.

Zooloji parklar – heyvanlar aləminin mühafizəsi, törəyib artması və onlardan istifadə üçün ayrılmış təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan xüsusi mühafizə olunan təbiət əraziləridir.

Nəbatat bağları və dendroloji parklar – bitki aləminin müxtəlifliyini qoruyub saxlamaq və onu zənginləşdirmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Müalicə-sağlamlaşdırma yerlərinə xəstəliklərin müalicəsinin və profilaktikasının, habelə əhalinin istirahətinin təşkili üçün yararlı olan və təbii müalicəvi resurslara (mineral sular, müalicəvi palçıqlar, şor göllər, müalicəvi iqlim, çimərliklər və sair) malik olan ərazilər aid edilə bilər.

 
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti