Bu gün arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb.

 

Bu sözləri Axar.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov deyib. O bildirib ki, yarmarkada dünən sınaq satışı həyata keçirilib:

“Əsas məqsədimiz yarmarkada təqdim olunan arıçılıq məhsullarının satışını təmin etməkdir. Havanın temperaturunun kəskin dəyişməsi ilə əlaqədar yarmarka bir-iki gün yubandı. Buna görə də zərurət yaranarsa və arıçılar satışın bir neçə gün də davam etməsini istəyərlərsə, sərgi-satış yarmarkası üçün göstərilən vaxt uzadıla bilər”.

Nazirliyin rəsmisi onu da bildirib ki, yarmarkanın təxirə salınması arıçılıq məhsullarının saxlanılmasında heç bir problem yaratmayıb:

“Dövlət Aqrar İnkişaf Mərkəzlərimizə müraciət etdik ki, 5-28 oktyabr tarixlərində bal yarmarkası keçiriləcək və yarmarkada iştirak etmək istəyən şəxslər öz adlarını iqtisadi zonalarına, vaxtlarına uyğun olaraq, təqdim edə bilərlər. Təqdim edilən siyahı əsasında da sentyabrın 30-na kimi Tofiq Bəhramov adına Respublika Stadionunda xüsusi anbara məhsulların təhvili prosesi həyata keçirilib. Məhsulun hansı regionun və kimə məxsus olmasını aydınlaşdırmaq üçün anbarda rəqəmlərlə kodlaşdırma aparılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 3974 bal nümunəsi ekspertizadan keçirilib və təqribən 900 nümunənin keyfiyyətsiz olduğu aşkar edilib. Nəticədə 30 tona yaxın keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq satışdan çıxarılıb. Yarmarkanın təxirə salınması isə anbardakı balların keyfiyyətinə mənfi təsir etməyib”.

Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilir.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti