Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan Respublikasında istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsulların ölkəmizin gömrük ərazisinə idxal olunması qadağandır və bu kimi məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb. Gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib. Yəni, Ermənistan mənşəli malların gömrük nəzarətindən keçirilməklə kommersiya məqsədilə ölkəyə gətirilməsi mümkün deyil.

Lakin fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə güzəştli qaydada ölkə ərazisinə gətirilən məhsullar arasında bəzi hallarda Ermənistan mənşəli spirtli içkilər, kofe və digər bu kimi ərzaq məhsulları, tütün məmulatları qeydə alınıb və onları gətirən şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaş ay ərzində ümumilikdə 30 kq miqdarında müxtəlif ərzaq məhsullarını güzəştli qaydada ölkə ərazisinə gətirə bilər və bu halda həmin şəxslərin gətirdiyi ərzaq bağlamalarının arasında Ermənistan istehsalı məhsulların olması ehtimalına qarşı risk analizləri əsasında gömrük nəzarəti tətbiq olunur. Bağlamalardakı məhsulların tək-tək yoxlanılması, oradakı malların etiketlərinə baxış keçirilməsi isə gömrük nəzarətinə sərf olunan vaxtın xeyli uzanmasına, bu da öz növbəsində gömrük-sərhəd buraxılış məntəqələrində insanların ləngiməsinə və sıxlıqlara səbəb ola bilər. Əlbəttə, hər bir vətəndaş xarici ölkələrdən öz şəxsi tələbatı üçün qanunvericiliyə müvafiq olaraq istənilən məhsulu gətirə bilər. Lakin yazılmamış qanunlar da var. Müharibə şəraitində olduğumuz, ərazi bütövlüyümüzə qəsd edən bir ölkənin məhsulunu gətirən vətəndaş cəmiyyət qarşısında mənəvi öhdəçiliyini, vicdanını və məsuliyyət hissini unutmamalıdır.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti