Təhsil Nazirliyinin rəsmi saytının sual-cavab bölümünə sorğu ünvanlayan xaricdə təhsil almaq istəyən gəncə verdiyi cavab sosial şəbəkədə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, nazirliyə ən çox verilən suallar arasında birinci yerdə xaricdə təhsil, xarici universitetlərin diplomlarının ölkəmizdə tanınması ilə bağlı olub.

Gənclərdən biri Təhsil Nazirliyinə hansı xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomların Azərbaycanda tanındığı ilə bağlı sorğu ünvanlayıb. Nazirliyin cavabı isə təxminən belə olub: “Siz oxuyub gəlin, daha sonra diplomunuza baxıb deyə bilərik ki, Azərbaycanda tanınır, ya yox”.

Cavabdan sitat: “Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixində təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur”.

Problemi gündəmə gətirən jurnalist Əli Əhmədov bildirib ki, bu, təhsil almaq arzusu olan bir gəncin olduqca əhəmiyyətli sualına nazirliyin “gələrsən baxarıq” yanaşmasıdır:

“Nazirlik hansı universiteti, onun təhsilini, diplomunu etibarsız, yararsız sayırsa, araşdırmalı və bir siyahı müəyyən etməlidir ki, bu universitetlərin diplomlarını tanımırıq. Yəni ucuzluğuna, imtahansız olduğuna görə gedib aldanmayın”.

Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının 40 minə yaxın olduğunu bildirən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, xarici universitetlərdən hansının diplomunun Azərbaycanda tanınıb-tanınmaması ilə bağlı nazirliyin siyahısı yoxdur:

“Hazırda xaricdə təhsil alan tələbələrdən 15 mini Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır.

Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur.

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar.

Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsilhaqqı olan ölkələrə gedirlər.

Əslində Ukrayna, Gürcüstan kimi ölkələrin bəzi universitetlərinin diplomunun Azərbaycanda tanınmaması çox normaldır. Çünki Ukraynada və bir neçə başqa ölkədə elə universitetlər var ki, ora Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı 12 bal toplamış insanlar sadəcə attestatın surətini təqdim etməklə qəbul olurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr pilləsində, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar. Bu diplomların tanınması, sadəcə təhsil haqqı ödəmək və bir neçə dəfə universitetdə görünməklə həmin şəxslərin həmin sahələr üzrə mütəxəssis olmaqlarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz”.

Eksperti bildirib ki, şəxsin xaricdə təhsil aldığı ali məktəblə Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa, həmin diplom tanınmayacaq:

“Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan tövsiyyə edirik ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlandırılsın.

Birincisi, baxsınlar ki, övladlarının təhsil alacağı universitet nostirifkasiya.edu.az saytında Təhsil Nazirliyi tərəfindən tanınırmı?! İkincisi, həmin universitetlərin fəaliyyət göstərməsi üçün icazəsi, lisenziyası varmı?”

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti