Aygün Çaxalova – Gənc Nəsillərə İşıq Saçan Müəllim
Rəşadət Eyvazov  - Dahi insanların, tarixi şəxsiyyətlərin böyüklüyü həm də onların sadəliyindədir, desək, heç də yanılmarıq. Ona görə o insanlar üçün böyüklük deyəndə metrik ölçüləri, yaşın çoxluğu deyil, daha çox ensiklopedik biliyə, intellektual və elitar meyarlara malik olması əsas götürülür. Məhz o meyarlar onları tarix yazan, tarix yaradan şəxsiyyətə çevirir, adına ucalıq, dühalıq gətirir. Vəfatının 21-ci ilini kədər hissi ilə, ancaq böyük ehtiram və minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev sözün bütün mənalarında dahi şəxsiyyət olub. Biz orta nəsil və yetişməkdə olan gənclər sadəcə belə bir şəxsiyyət haqqında danışılan xatirələri oxuduqca hər dəfə xoş təəssüratlar yaranır. İstənilən qələm sahibi formalaşdırdığı fikirlərini bir formada ifadə etməklə, qarşısındakı auditoriyaya çatdırmaqla o böyük insanın ölçüyəgəlməz tarixi xidmətləri qarşısında sanki vəfa borcunu yetirmiş olur.

Rəhbərliyinin istər Sovet dövrü, istərsə də müstəqillik illərində görkəmli və bacarıqlı dövlət xadiminin nümayiş etdirdiyi bir tərəfdən bilik-bacarıq, səriştə, digər tərəfdən də həssaslığı və xeyirxahlığı, anlamaq və yardımçı olmaq kimi gözəl və özəl insani keyfiyyətləri ona dünya miqyasında xalqların rəğbətini qazandırmışdır.

Nəinki Azərbaycan, ümumiyyətlə, keçmiş SSRİ tərkibində olmuş ittifaq ölkələrinə böyük töhfələr verən, başqa sözlə, unikal rəhbər kimi öz möhürünü vuran, qazandığı titullar və nailiyyətləri saymaqla bitməyən, sözü və əməli ilə xalqlara, millətlərə nümunə olan Ümummilli Lider sözün əsl mənasında o qədər böyük şəxsiyyətdir ki, Onun zəngin həyat və yaradıcılığı haqqında söz demək elə də asan məsələ deyil.
Peşəkarlıq və Ədalət Prinsipi - Səlim Bayraktarov

Konkret respublikamıza gəldikdə görkəmli şəxsiyyət ölkəmizdə elmə, təhsilə, mədəniyyətə əvəzolunmaz töhfələr verən rəhbər şəxs olub. Hansı ki, həmin töhfələrin faydasını indi belə görürük.

Heydər Əliyev tarixi fenomenləri xarakterizə edən bütün meyarları özündə dolğun əks etdirən müdrik bir insan olub. Ulu Öndərin üz cizgilərinə bircə dəfə baxmaq və Onun çıxışlarının, görüşlərinin arxiv videolarını izləmək yetərlidir ki, əsl tarixi şəxsiyyət və müdrik insanın necə olması haqqında təsəvvür formalaşdırasan.

Ulu Öndərin ölkəmiz, xalqımız, millətimiz adına gördüyü sayagəlməz işlərin bilavasitə iştirakçısı olmuş insanlar söhbət edirlər ki, dahi insan təkcə dövləti çətin situasiyalarda idarəetmə fəlsəfəsi ilə deyil, həm də sadəlik, təvazökarlıq, səmimiyyət, vətənpərvərlik, gələcəyə inam kimi yüksək əxlaqi keyfiyyətlərin Heydər Əliyev adlı nümunəsini yaradıb. O, elm adamı ilə alim, şair-yazıçı ilə ədəbiyyat bilicisi, musiqiçi ilə bəstəkar kimi danışıb, fikir mübadiləsi aparıb, onlara öz sahəsində necə uğurlu olmağın yollarını əxz etmiş olurdu.

Ümummilli Liderin təkrarolunmaz şəxsiyyətində müşahidə edilən ən ali keyfiyyətlərdən biri də Azərbaycan və dünya ədəbiyyatına baglı insan kimi mütaliəyə daha çox yer ayırması olmuşdur. Ulu Öndərin ən sevimli məziyyətlərindən biri ensikopedik yaddaşına çoxlu hikmətli sözlər, aforizmləri cəmləmək və onlardan müzakirə olunan məsələyə uyğun yerində işlətməklə etdiyi söhbətə əlavə mənalılıq və şirinlik gətirməsi idi. Tarixi şəxsiyyətlə bağlı arxiv videolarını izləyərkən qarşıma Azərbaycan Dövlət Akademik Dram Teatrında yenidən səhnələşdirilən “Ölülər” tamaşasının premyerasında iştirak etdikdən sonra teatr trubbası, ələlxüsus aktyorlarla söhbətini əks etdirən videokadrlar çıxdı. Təsəvvür edə bilirsiniz, Ulu Öndər Cəlil Məmmədquluzadənin ölməz əsəri olan “Ölülər”i elə ustalıqla təhlil edir ki, Ona təkrar-təkrar baxmaqdan doymaq olmur. O böyük insanın özünə, danışığına, sözünə, hər cümləsinə milyonları cəlb etməyin, cəzb etməyin sirri də bax, bundadır.

Ona görə də qəti söyləmək olar ki, sözü və əməli ilə əsl dahi olan Heydər Əliyev, eyni zamanda, xalqımıza, millətimizi tərənnüm edən özünəməxsus mənəvi keyfiyyətlərin də nadir daşıyıcılarından biri və birincisi olub. Odur ki, Heydər Əliyevin yaratdığı məfkurəni nə qədər yaşadacağıqsa, əmin ola bilərik ki, xalqımız, millətimiz, dövlətimiz bir o qədər yaşayacaq.
 
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Xəbər lenti