Özünə "moyka" açmaq istəyən işsizlərin NƏZƏRİNƏ! - Dövlət bunları pulsuz verəcək

İşsiz və kiçik biznes qurmaq istəyənlər üçün yeni imkanlar yaradılıb.

BAKU.WS xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırasına yeni istiqamətlər əlavə olunub.

Sözügedən Proqramın zərflər siyahısına "Qəssab dükanı", "Kotançılıq", "Özünəxidmət avtoyuma", "Avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri" və "Avtorazval xidmətləri" istiqamətləri də daxil edilib. nBu xidmətlər zərfinin hər birinə müraciət edən işsiz vətəndaşlar, bu istiqamətlər üzrə fəaliyyət göstərmək üçün lazım olan bütün avadanlıqlarla təmin olunacaqlar.

Vətəndaşlara təqdim edilən aktivlərin siyahısı:

Qəssab dükanı

- Ət üçün vitrin soyuducusu - 1 ədəd, ət dondurucu soyuducusu - 1 ədəd, elektron tərəzi - 1 ədəd, elektrikli ətçəkən maşın - 1 ədəd, balta, kötük, bıçaq dəsti - 1 ədəd, kondisioner - 1 ədəd.

Kotançılıq xidməti

- Avadanlıq (torpağın əkilməsi, suvarma xəttlərinin çəkilməsi üçün) - 1 ədəd, qoşqu - 1 ədəd.

Özünəxidmət avtoyuma

- Özünəxidmət avtoyuma avadanlığı - 2 ədəd, hava Kompressoru - 2 ədəd, təhlükəsizlik kamerası - 1 ədəd, tozsoran - 1 ədəd.

Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)

- PDR alətlər dəsti - 1 ədəd, LED işıq sistemi - 1 ədəd, qaynaq aparatı - 1 ədəd, dartıcı mexanizm - 1 ədəd, laqonda - 1 ədəd, açar dəsti - 1 ədəd, qaynaq dəbilqəsi - 1 ədəd, hava kompressoru - 1 ədəd, domkrat - 1 ədəd, pnevmatik zimpara - 1 ədəd, çəkic dəsti - 1 ədəd.

Avtorazval xidməti

- 3D Təkər tənzimləmə (razval) aparatı - 1 ədəd, açar dəsti - 1 ədəd, işçi masası və stul - 1 ədəd.

Layihədə iştirak qaydası

"Məşğulluğa Dəstək Layihəsi"ndə işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər iştirak edə bilərlər.

Layihədə iştirak etmək üçün:

Regional Məşğulluq filialı/ DOST Mərkəzinə qeydiyyatdan keçmək üçün müraciət edilir. RMF/DOST mərkəzi şəxsi ƏMAS-da qeydiyyatdan keçirdir. Karyera məsləhətçisi şəxsin məşğulluq imkanlarını qiymətləndirir (MİQ) və şəxsə FMP (fərdi məşğulluq proqramı) tərtib edilir. Şəxs MİQ nəticəsi olaraq ÖM-yə uyğun olduğu təqdirdə növbəlilik reyestrinə salınır. Şəxsin növbəliliyi çatanda DMA tərəfindən Özünüməşğulluğa cəlb etmə ilə bağlı ilkin monitorinq təşkil olunur. İlkin monitorinqin nəticəsi müsbət olduğu təqdirdə layihədə iştirak tələblərinə uyğun olan işsiz şəxslər ilkin mərhələdə biznes təlimlərinə cəlb edilirlər.

40 saatlıq "Öz biznesinə başla və təkmilləşdir" təlim kursunu tamamladıqdan sonra layihə iştirakçıları öz biznes planlarını hazırlayır və onu müdafiə edirlər. Qiymətləndirmədən uğurla keçən şəxslər istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təmin olunurlar.

Avadanlıqla təmin olunan şəxslərin öz bizneslərini təkmilləşdirməsi və uğurla idarə etməsi məqsədilə bir il ərzində texniki peşə təlimləri və mentor səfərləri təşkil edilir.

Eyni zamanda, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti müqavilə müddəti ərzində 4 dəfə olmaqla müşahidə edilir və müqavilə müddətinin sonunda həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, əmlak vətəndaşın mülkiyyətinə daimi olaraq verilir.

Layihədən yararlanan şəxs təqdim olunmuş avadanlığı 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin hesabına qaytarmalıdır.

Layihə barəsində "142" - Çağrı mərkəzinə zəng etməklə daha ətraflı məlumat əldə etmək olar.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti