bu-sexslerin-maasina-vergi-guzestleri-edilir

Məbləğinə görə əməkhaqqından ən çox tutulma vergi üzrə olur. Bu baxımdan vergilərlə bağlı güzəştlər daha yüksək məbləğdə maaş almağa imkan verir. Düzdür, hazırda neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən şəxslərin əksəriyyətinin maaşlarından vergi tutulmur. Bu sahələrdə əməkhaqqının 8 min manata qədər olan hissəsi vergidən azaddır. Lakin azadolmanın müddəti 2025-ci ilin sonunda bitir. Odur ki, bu yazı dövlət sektoru ilə yanaşı, özəl sektorda işləyənlər üçün də əhəmiyyətlidir. 

“Qafqazinfo”nun məlumatına görə, əməkhaqqından tutulan verginin dərəcəsi 14 faizdən başlayır.

Məvacibin güzəşt tətbiq edilən hissəsi vergiyə cəlb edilmir. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən bütün vergi ödəyicilərində əməkhaqqının 200 manata qədər hissəsindən vergi tutulmur. Bu o deməkdir ki, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan və 1000 manat vəzifə maaşı olan şəxs üçün verginin məbləği 112 manatdır. 

Bundan başqa, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. 

Şəxsin gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azad edilir. Proses uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Həmçinin himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

Eyni zamanda qeyd edilən şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır: 

- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). (Bu şəxslərin arvadları (ərlərinə) təkrar nikaha daxil olduqda sözügedən güzəşt aradan qaldırılır);

- Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. (Bu güzəşt ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir)

Eyni zamanda bu şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır:

- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 

- 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, 

- Daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun. 

Aşağıdakı qeyd olunan şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri isə 400 manat məbləğində azaldılır:

- Vətən Müharibəsi Qəhrəmanlarının;

- Milli Qəhrəmanlarının;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;  

- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının; 

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

- Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqlarından vergi tutulan hissəsi isə 800 manat məbləğində azaldılır. Yəni, 800 manata qədər olan hissədən vergi tutulmur. 

Yuxarıda qeyd edilən güzəşt tətbiq edilən hissəyə neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə əməkhaqqının 200 manata qədər hissəsi də əlavə olunur. Məsələn, şəhid statusu almış şəxslərin 1000 manat (800+200) maaş alan valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarından vergi tutulmur. 

Eyni zamanda şəxsə yuxarıda göstərilən güzəştlərdən iki və daha çoxu uyğun olarsa, onlardan yalnız biri – məbləği çox olanı şamil edilir. Burada qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfərin olması ilə bağlı güzəşt istisnalıq təşkil edir. Bu güzəştin digər tətbiq edilən güzəştlərlə eyni vaxtda tətbiqi mümkündür.  

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti