Təhsil eksperti: “Ali məktəblərə qəbul imtahanlarında keçid ballarının aşağı salınması məqsədəuyğundur"
Elm və Təhsil Nazirliyinin fevralın 6-da keçirilən brifinqdə nazir E.Əmrullayevə İqtisad Universitetinin Dərbənd filialının məzunlarının 2023-cü ildən bu yana diplom almaqda çətinlik çəkdikləri barədə sual verildi. Cənab nazir xaricdə təhsil alan şəxslərin diplomlarının nostrifikasiya edilməsi üçün yoxlanılması gərəkən minimum nüansları sadaladı: “O şəxs heç olmasa, həmin ölkədə olmalıdır, oxuduğu təhsil müəssisəsinin tədris dilini bilməlidir. Biz araşdırırıq, qoy narazı olanlar bizi məhkəməyə versinlər. Məhkəmə qərarını əsas götürüb, həmin şəxsə diplom verək”.

Məsələyə təhsil üzrə ekspert, “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadənin münasibətini öyrəndik. Ekspert bildirdi ki, o, ali məktəblərə qəbul ballarının aşağı salınmasının tərəfdarıdır:

“Xatırladım ki, məlum brifinqin gedişində cənab nazir repetitorluqla bağlı sualları cavablandıranda da bilavasitə bu problemə toxunub. Nazir dedi ki, biz nə vaxta qədər ali təhsili defisit saxlayacağıqsa, o müddət ərzində də cəmiyyətdə repetitorluq qaçılmaz olacaq. Ali məktəblərə giriş genişlənməlidir. Qoy bitirmək çətin olsun. Ali təhsil müəssisəsinə qəbul olunan şəxslər ali təhsili bitirməyə, yaxud, gec bitirə bilərlər”.

Ekspertin fikrincə, məsələnin həlli istiqamətində əhəmiyyətli addım kimi, Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üçün keçid ballarını aşağı salması olmalıdır:
“Dövlət İmtahan Mərkəsi açıqlama verir ki, keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. Görəsən, hansı plandan söhbət gedir? Məsələn, Bakı Ali Neft Məktəbi və Tibb Universiteti kimi ali təhsil müəssisələrinə qəbul üçün keçid ballarının yüksək olması başa düşüləndir. Çünki həmin müəssisələrdə tədris olunan ixtisaslara verilən tələblər böyükdür. Cəmiyyət istəməz ki, həkim bacarıqsız olsun, mühəndis qabiliyyətsiz olsun. Bu ixtisaslar üzrə verilən bilgilər heç gec müddətə mənimsənilməsi mümkün olacaq bilgilər də deyildir.

Ancaq özəl universitetlərdə tədris olunan başqa ixtisaslar üzrə qəbul balının aşağı salınması işin xeyrinə olar. Xəzər Universiteti, Azərbaycan Universiteti, Kooperasiya Universiteti, Bakı Biznes Universiteti kimi özəl ali təhsil müəssisələri kadr yetişdirmək üçün kifayət qədər resurslara malikdirlər. Nəyi pis olar ki, məsələn, müharibə şəraitində olan, korrupsiya bataqlığında boğulan, nəzarətsizliyin hökm sürdüyü Ukraynanın universitetlərinə üz tutan vətəndaşlarımız pulu yerli özəl ali məktəblərə xərcləsinlər? Eybi yox, nazir dediyi kimi, qoy gec gec bitirsinlər, başa vuranadək daha çox pul xərcləsinlər”.

Tehsil-press.az
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti