Peşə təhsili sistemində 23 min tələbə təhsil alır.

Ölkə üzrə 89 peşə təhsili müəssisəmiz, 5 minə yaxın isə pedaqoji və texniki heyətimiz var.

Bu sözləri Axar.az-a açıqlamasında Təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, hazırda peşə təhsili sisteminin maddi-texniki bazasının genişləndirilməsi və innovasiyaların bu sistemə daxil edilməsi istiqamətində ciddi tədbirlər görülür:

“Son illər ərzində orta məktəb məzunlarımızın peşə təhsilinə axını artmağa başlayıb. Bu ondan irəli gəlir ki, peşə təhsili sistemində biz yeni ixtisaslar üzrə tədrisə başlamışıq. Daha çox kompüter mühəndisliyi, sistem idarəçiliyi, elektronika, mexanika - yəni daha innovativ ixtisaslara üstünlük verilir. Son illər ərzində 30-a yaxın yeni ixtisas əlavə edilib. Hazırda tələbələrimiz 160-170 ixtisas üzrə peşə təhsilində tədris alırlar. Düşünürəm ki, gələcəkdə də bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Koreya Respublikası ilə birgə layihəmiz var. Bu layihə əsasında 8 ixtisası özündə əks etdirən yeni peşə tədris mərkəzinin yaradılması həyata keçirilməlidir. Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla birgə dörd qrant layihə hazırda icra olunur. Daha sonra peşə təhsili sisteminin ümumiləşdirilməsi həyata keçirilir. 30-dan çox peşə tədrisi müəssisəsinin bazasında 14 yeni peşə təhsil mərkəzi yaradılıb. Bundan başqa, Çin Xalq Respublikası ilə Azərbaycan arasında bağlanmış texniki-iqtisadi əməkdaşlıq çərçivəsində onlar bizə - həm Gəncədəki, həm də Binə Peşə Təhsili məktəb-liseyində 70 adda 168 müxtəlif avadanlıq və dərs vəsaiti təqdim edib. Bu da maddi-texniki bazanın inkişafına öz təsirini göstərəcək”.

Nazir müavini onu da bildirib ki, peşə təhsili alan tələbələrin əmək bazarında iş tapmaları üçün də tədbirlər həyata keçiriləcək:

“Peşə təhsilinin inkişafında böyük məqsədlər qoyulub. Bu məqsədlərin reallaşdırılması üçün həm nazirlik, həm də digər aidiyyəti orqanlarla birgə fəaliyyət davam etdiriləcək. Burada xüsusi önəm işəgötürənlərin bu prosesdə iştirakıdır. Çünki peşə təhsilini qurtarmış şəxs əmək bazarında öz yerini tapa bilmirsə, bu, peşə təhsilinin keyfiyyətinin aşağı olmasının göstəricidir. Amma bu gün görürük ki, bu göstəricilər günü-gündən yaxşılaşır. Məsələn, turizm sahəsində 65 faiz, İKT sahəsində 75 faiz, xidmət sahəsində isə 70 faizə yaxın peşə təhsili alan şəxslər əmək bazarında öz yerlərini tapıblar. Bu göstəricilər ilbəil artır. Çünki peşə təhsilinin keyfiyyəti artırılıb, yeni ixtisaslar daxil edilir”.

14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı

Xəbər lenti