Yeni Günəşli yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə girişdəki məhdudlaşdırmanın səhər saatlarında aradan qaldırlması nəzərdə tutulmuşdu.

Ancaq bu günlər ərzində havanın yağıntılı keçməsi işləri bir qədər yubatdığı üçün yolu səhər aça bilmədik.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli 3 gündür məhdudiyyət tətbiq edilən sözügedən yolun bu gün səhər saatlarında da bağlı olmasına aydınlıq gətirərkən bildirib.

A.Nəcəfli deyib ki, hazırda sözügedən yolda son tamamlama işləri görülür:

“Yol artıq xətlənir. Bu işlərin tez bitməsi gözlənilirdi. Lakin dediyim kimi, yağıntılı hava buna imkan vermədi. Ancaq indi yolda xətlənmə işləri həyata keçirilir. Bütün işlər bu gün tamamilə yekunlaşacaq”.

A.Nəcəfli bildirib ki, günortaya qədər yolda məhdudiyyət aradan qaldırılacaq:

“Təxminən 1-2 saata işlər yekunlaşacaq. Günorta artıq yol istifadəyə veriləcək”.

Qeyd edək ki, noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən Yeni Günəşli yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılmışdı. Məhdudiyyətin bu gün səhər saatlarından etibarən aradan qaldırılacağı elan edilmişdi. Lakin səhər sözügedən yolun bağlı olması və əvvəlcədən elan edilməməsi böyük tıxac və gərginliyə səbəb olmuşdu.

14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı

Xəbər lenti