Artıq 4 gündür Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdirilib. Mərkəz Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilir.

Axar.az xəbər verir ki, bu məqsədlə sözügedən əraziyə ayrı-ayrı marşrut xətlərinin dayanacaqlarını bir-birindən ayıran beton arakəsmələr yerləşdirilib. Həmçinin ərazidə gün ərzində yüzlərlə avtobus və fasiləsiz olaraq sərnişin axını olur. Ümumilikdə Koroğlu NMM-də 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.

Sözügedən ərazi bu günə qədər Milli Gimnastika Arenasının dayanacaq məntəqəsi kimi istifadə edildiyindən demək olar ki, adətən boş olub.

Metrostansiyasının çıxışı olan sözügedən ərazinin birdən-birə bu qədər yüklənməsi narahatlığa səbəb olub.

Məsələ ilə bağlı Axar.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, heç bir təhlükədən söz gedə bilməz:

“Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti əraziyə köçürülərkən təbii olaraq müvafiq qurumlarla müəyyən məsləhətləşmələr aparılıb. Hazırda Nəqliyyat Mübadilə Mərkəzi kimi fəaliyyət göstərən ərazi onsuz da avtomobil dayanacağıdır. Təhlükəli hal olsaydı, mərkəz ora köçürülməzdi”.

Qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi 23 noyabr tarixindən etibarən təmirə başlanıb. Bu səbəbdən mərkəz müvəqqəti olaraq yolun qarşı tərəfindəki əraziyə köçürülüb.

14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı

Xəbər lenti