Türkiyəli tanınmış yazar-tərcüməçi İmdad Avşar türk KİV-lərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti ilə bağlı geniş məqalə yazıb.

İdarədən Axar.az-a verilən məlumata görə, "Qafqazda islam mücahidi" (“Kafkasiyada islam mücahidi”) başlıqlı yazıda A.Paşazadənin şeyxülislam kimi 30 illik fəaliyyətinə toxunulub, SSRİ-dən müstəqil Azərbaycana qədər olan həyatı və fəaliyyəti barədə türk oxucularına məlumat verilib.

Yazıda vurğulanır ki, hələ ateist dövlət olan SSRİ zamanından bu yana milli və mənəvi dəyərlərin qorunmasında xidmətləri olan A.Paşazadə müstəqil Azərbaycanda müxtəlif dini konfessiyaların birgə əməkdaşlığının qurulması üçün böyük səy göstərib. Bütün məzhəbləri bir kənara qoyaraq məsələlərə vahid mövqedən yanaşan Şeyxülislam bununla Qafqaz müsəlmanları və digər dini konfessiyaları arasında böyük etibar və hörmət qazana bilib.

Daha sonra məqalədə A.Paşazadənin Azərbaycanın ən ağır günlərində - 20 yanvar 1990-cı ildəki fəaliyyətinə toxunulur və Şeyxülislamın sovet ordusunun Bakıda törətdiyi qətliamı sərt şəkildə pislədiyi və qorxmadan SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etməsi vurğulanıb.

“20 yanvar 1990-cı ildə Allahşükür Paşazadənin nümayiş etdirdiyi mövqe dünyada onu Qafqazın dini lideri kimi təsdiq etdi”, - deyə Avşar yazıda qeyd edib.

Məqalədə deyilib ki, QMİ sədri işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının azad olunması üçün də böyük səylər göstərir. Dövlət başçılarına, beynəlxalq təşkilatlara göndərdiyi məktublarda A.Paşazadə işğalçı Ermənistana və tarixi Azərbaycan torpaqlarına hüquqi status verməyə cəhd edən beynəlxalq güclərə qarşı öz kəskin mövqeyini açıq ortaya qoyur.

Məqalədə QMİ sədrinin Azərbaycanın dünyada apardığı tolerantlıq siyasətinin təbliğində aparıcı şəxslərdən biri olduğu bildirilib və Şeyxülislamin MDB, Qafqaz və dünyadakı fəaliyyəti təqdir olunub.

1967-ci ildə anadan olmuş yazar-tərcüməçi İmdad Avşar İnönü Universitetinin məzunudur. 2007-ci ildən bəri yazdığı şeir və hekayaləri Türkiyənin nüfuzlu ədəbiyyat jurnallarında dərc olunub. Avşar həmçinin müxtəlif türkdilli xalqların şair və yazıçılarının əsərlərini türk dilinə çevirərək dərc etdirib. İmdad Avşar ölkəmizdə də tanınır. Onun şeir və hekayələri Azərbaycanın ədəbi jurnalarında da çap edilib. İmdat Avşar Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Beynəlxalq “Rəsul Rza”, Bəxtiyar Vahabazadə adına Beynəlxalq Türk Dünyasına Xidmət, “Yunus Əmrə” və Türkiyə Mədəniyyət Nazirliyinin mükafatlarını alıb. 2013-cü ildə “Övliya Çələbinin İzində Azərbaycan” adlı kitabı xaricdə Azərbaycanı tanıdan ən yaxşı əsər kimi mükafatlandırılıb.

14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı

Xəbər lenti