Azərbaycan Diasporu İnformasiya Mərkəzi tərəfindən ilin diaspor liderlərinin mükafatlandırma mərasimi keçirilib.

 

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Azərbaycan diasporunun bugünkü fəaliyyətindən, əldə etdiyi uğurlardan danışıb.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə müstəqil Azərbaycanın dünyada tanınan və nüfuza malik olan dövlətçilik ənənəsi formalaşdırdığını deyib:

“Azərbaycan dövlətçilikdə böyük uğurlar qazanıb və Azərbaycanı sevən hər kəs dövlətimizin uğurları ilə fəxr edə bilər. Ulu öndər Heydər Əliyevin qurduğu bu dövlətin təmsilçisi olaraq xaricdə fəaliyyət göstərmək hər bir nümayəndə üçün fəxrdir”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da çıxışında dövlətin diaspor fəaliyyətinə qayğısından danışıb. Onun sözlərinə görə, dövlətin bu sahədə ciddi proqramları var:

“Lakin bunlar yetərli deyil. Hamımız əl-ələ verib bu istiqamətdə fəaliyyət göstərməliyik. Azərbaycanın ən önəmli məsələsi olan Qarabağ problem həllini tapmayıb. Bu istiqamətdə gücümüzü birləşdirməliyik. Xüsusən, Avropa, Rusiya, ABŞ-da diaspor fəaliyyətinin nə qədər çətin olduğunu bilirəm. Onların hansı şərtlər əsasında mübarizə apardığı, hansı çətinliklərlə qarşılaşdığından xəbərdaram. Üstəlik, bu mübarizələrində heç bir mənfəət də güdmürlər. Diaspor nümayəndələrimizin bu işinin kökündə vətənə olan sevgi durur”.

Tədbirdə çıxış edən türkiyəli iş adamı Hüseyn Böyükfırat Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib:

“Ölkələrimiz arasında sərhəd ola bilər, lakin bizim aramızda olan sevgi heç zaman sərhəd tanımayıb. Bunu 1918-ci ildə əcdadlarımız sübut edib, biz də bu gün onların ənənələrini davam etdiririk. Dünyanın sərhədləri yenidən müəyyən edilir, bizim də ölkələrimizin problemləri var. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu məsələdə dövlətimizin yanında olmalıyıq”.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov da çıxışında bu gün Avropa ölkələrində diaspor fəaliyyətinin ciddi tədbirlər gördüyünü bildirib:

“Bu gün hər bir Avropa ölkəsində Avropa Azərbaycanlıları Konqresinin təmsilçiliyi var. Artıq biz diaspora fəaliyyətinə nəinki Ermənistana qarşı mübarizə aparırıq, lobbiçiklik istiqamətində də ciddi addımlar atırıq. Bəzi Avropa ölkələrində fəaliyyət göstərən, bəzi dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən azərbaycanlıların da fəaliyyətinə qarşı tədbirlərimizi davam etdiririk”.

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov bildirib ki, diaspor fəaliyyəti ilə məşğul olmaq üçün vətənpərvərlik, könüllülük prinsipi əsasdır:

“Bu gün dövlət səviyyəsində diasporun fəaliyyətinə dəstək var. Bu dəstək ulu öndər Heydər Əliyevin vaxtında da olub. Bu gün Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Prezidentin diaspor nümayəndələri ilə keçirdiyi qurultayda çıxışı zamanı dediyi tənqidlərdən nəticə çıxartsaq, uğurlar əldə edə bilərik”.

Tədbirin sonunda keçirilən sorğu əsasında ən fəal diaspor liderlərinin mükafatlandırma mərasimi keçirilib. Ən fəal diaspora sorğusunun qalibi Avropa ölkələri üzrə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, MDB ölkələri üzrə İslam Hüseynov olub.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti